Qərb Ermənistanı Ukraynanın gününə salacaq - ƏTRAFLI

Qərb Ermənistanı Ukraynanın gününə salacaq - ƏTRAFLI</p> 
 <p>Ermənistan baş naziri Paşinyanın anti-Rusiya ritorikası Moskva və İrəvan arasında münasibətləri gündən-günə kəskinləşdirir. Paşinyanın Putinin iştirakı ilə keçirilən tədbirdən imtina etməsi və Bişkekə getməkdən yayınması, ardınca Fransaya gedib Avropa Parlamentində Rusiya əleyhinə ifadələr səsləndirməsi Şimal qonşumuzda soyuq duş effektdi yaradıb. İndi isə məlum olub ki, Ermənistan baş naziri MDB-nin Bişkekdəki hökumətlərarası tədbirində iştirakdan da imtina edib. Paşinyanın əvəzinə Qırğısıstana baş nazirin müavini   Mher Qriqoryan gedəcək.
KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Daha sonra Ermənistanın müvəqqəti işlər vəkilinin Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığı məlum olub. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, erməni diplomata "respublikanın informasiya məkanında davam edən anti-Rusiya kampaniyasının qəbuledilməzliyi" barədə narahatlıq ifadə  olunub.
Zaxarova növbəti bəyanatında Ermənistandakı müşahidəçi missiyanın  Rusiyaya qarşı kəşfiyyat məlumatları topladığını bildirib: "Biz Qərb mediasının rəsmi İrəvanın nümayəndələrinə necə hücum etdiyini görürük. Bütün bunlar isə Moskva ilə İrəvan arasında çoxşaxəli əlaqələrə maksimum ziyan vurmaq məqsədi daşıyır. Təəssüf ki, indiki erməni reallıqlarında belə qızışdırmalar öz işini görür".
Qərb Ermənistanı Ukraynanın gününə salacaq - ƏTRAFLI</p> 
 <p>Valdemar Gerdt
Deməli, Qərb Cənubi Qafqaza daxil olmaq üçün Ermənistandan istifadə edir və rəqibini regiondan birdəfəlik sıxışdırmaq niyyətindədir. Almaniyalı siyasətçi, Bundestaqın keçmiş deputatı Valdemar Gerdt bildirir ki, Paşinyan Qərbin layihəsidir və bu da Rusiyanın maraqlarına uyğun deyil: "O, hakimiyyətə gələndə sistemli şəkildə Rusiya ilə əlaqələri pozmağa çalışırdı. Bu münasibətləri inkişaf etdirmək, öz suverenliyini möhkəmləndirmək əvəzinə,  Ermənistanın qərbyönlü inkişaf vektorunun prioritet olduğunu Moskvaya və bütün dünyaya, o cümlədən Azərbaycana açıq şəkildə göstərməyə çalışdı".
Paşinyanın Rusiyadan imtina etməsinə toxunan Gerdt bildirib ki, baş nazir Ermənistanın məğlubiyyətində rusları günahkar hesab edir: "Rusiya sülhməramlılarının vəzifəsi yalnız Paşinyanın özünün də bəyəndiyi bu prosesin daha ağrısız, qan tökülmədən, sadə sakinlər üçün kədər və bədbəxtlik olmadan keçməsini təmin etmək idi. Ermənistanın davamlı olaraq Rusiyanın kifayət qədər iş görmədiyi və ya ən azı vicdanlı olmadığı barədə iddialar səsləndirməsi bir növ axmaqlıqdır. Çünki Rusiya Federasiyası, ümumiyyətlə, bu regionu münaqişədən qorumaq üçün hər şeyi edib. Qərbin missiyası isə Qafqazda daha bir münaqişə ocağını alovlandırmaqdır. Ukrayna ilə etdiklərini indi Ermənistanla etməyə çalışırlar. Dəsti-xətt eynidir – eyni naxışlar, eyni şüarlar, eyni parollar.
Burada Qafqaz xalqları müdriklik nümayiş etdirməli və özlərinin xaricdəki Sem dayının başladığı bu oyuna cəlb olunmasına imkan verməməlidirlər. Çünki onların gözləri önündə artıq kifayət qədər nümunələr var. Ukraynanı parçalayacaqlar, Yaxın Şərqi müharibə meydanına çeviriblər. Mən həqiqətən ümid edirəm ki, Qafqazda vəziyyət sakitləşəcək. Qərarlar qəbul edilib, onlara hörmət edilməli və həyata keçirilməlidir. Xaricdəki kuratorların təxribatçı hücumları davam edəcək. Sadəcə buna hazır olmalı və həmin hücumlar dəf edilməlidir".
Qərb Ermənistanı Ukraynanın gününə salacaq - ƏTRAFLI</p> 
 <p>Qırğızıstanlı siyasi ekspert, tarix elmləri doktoru, professor Əsgər Cakişev isə qeyd edib ki, son üç onillikdə Qarabağ Ermənistan üçün "qulpsuz çamadan" olub. Yəni onu daşımağa çətinlik çəksələr də, atmağa da əlləri gəlməyib: "Biz Azərbaycanın qüdrətli ordusuna təkbaşına müqavimət göstərməyin mümkünsüzlüyünü əsas götürərək Qarabağı Ermənistanın nəzarətində saxlamamaq barədə ağlabatan qərar qəbul edən Paşinyana hörmətlə yanaşmalıyıq. Qarabağ uğrunda Azərbaycanla vuruşmaq ideyasını heç bir erməni dəstəkləmirdi.  Ermənistanın KTMT çərçivəsində dəfələrlə rus hərbçilərinin arxasında gizlənmək cəhdi nəticə verməyib. Buna görə də Rusiya rəhbərliyini və KTMT-ni məğlubiyyətlərində əsas günahkar hesab edirlər".
Professor hesab edir ki,  Paşinyan Qarabağın itirilməsinə görə məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır: "Rusların Ermənistanın maraqları naminə özlərini qurban verməyə hazır olmadıqlarına əmin olan İrəvan yeni böyük qardaş axtarışındadır. Elə güman edirlər ki, onlar üçün bu dəfə Qərbdəkilər özlərini ölümə atacaqlar. Ona görə də o, Qərbə üz tutdu. Amma Rusiyanın asanlıqla Ermənistanı tərk etməyəcəyi məlumdur".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 31 oktyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam.az xeberler qurban bayrami 2026 meherremlik 2026 ən son xəbərlər