Qərb müharibənin bitməsini istəmir: Yeni qarşıdurmaya hazırlıq görür

Qərb müharibənin bitməsini istəmir: Yeni qarşıdurmaya hazırlıq görür"Münhen Təhlükəsizlik Konfransının adını təhlükə yaratma konfransı qoysaydılar, daha yaxşı olardı. Bu, təkcə Rusiya ilə Ukrayna qarşıdurmasında özünü əks etdirmədi, həm də bizim bölgə ilə bağlı özünü əks etdirdi. Qafqazın gələcəyi ilə, enerji təhlükəsizliyi ilə bağlı panel nəzərdə tutulmuşdu, bu, əsas proqramda yer almış məsələdir".
Bu sözləri azxeber.com-a açıqlamasında politoloq Tofiq Abbasov bölgədə gedən son proseslərə aydınlıq gətirərkən deyib.
Politoloq qeyd edib ki, Qərb müharibəyə "hə" deyir:
"Aydındır ki, Qafqazın Avrasiya məkanı üçün çox böyük önəmi var. İlk növbədə burada enerji daşıyıcılarının Avropa bazarlarına çatdırılması, yük daşmalarında ahəngdarlığın olması və s. var. Amma buna baxmayaraq, biz bu konfransda, bilavasitə, eskolasiyanı gücləndirmə çağırışlarına geniş yerin verilməsinin şahidi olduq. Fikir verdinizsə, Almaniya konsleri, Makron, ABŞ nümayəndələri, hamısı bir qayda olaraq Ukraynaya köməyin artırılması məsələsini gündəmə gətirdilər. Bu da o anlama gəlir ki, onlar müharibəyə "hə" deyirlər. Qarşıdurmanı davam etdirin, vurun, dağıdın. Bu yükün ağırlığı da daha çox Ukrayna xalqının üzərinə düşür, çünki resurs imkanlarına görə, hazırlıq bazalarına görə, Rusiya Ukraynanın xeyli üstələyib. Onların həm geosiyasi, həm fiziki çəkisi ayrıdır. Amma heç olmasa, bir ciddi liderin dilindən eşitmədik ki, çağırış etsin ki, gəlin müharibəni dayandırın. Biz vasitəçilik edək, danışıqlara başlayın. Ancaq Rusiyanı təkləmək, ona qarşı olan hücumları artırmaq və s. oldu. Mən burada Rusiyaya heç də bəraət qazandırmıram, çünki Rusiya özü günahkardır. Hücum edib, Ukrayna torpaqlarını işğal edir. Necə ki, biz Ermənistanı məhkum edirdik, Rusiya da o məhkuma layiqdir. Ancaq indi iş-işdən keçib. Biz görürük ki, Ukrayna şəhərləri durmadan dağıdılır. İnsanlar tələf olur. Rusiyanın özünün də itkiləri çox böyükdür. Deməli, Qərbə lazım olan odur ki, Rusiyanı çökdürsün, onun imkanlarına yiyələnsin, onu sıxışdırsın".
 Qərb müharibənin bitməsini istəmir: Yeni qarşıdurmaya hazırlıq görürPolitoloq qeyd edib ki, Bayden də Ukraynanın apardığı bu müharibəni dəstəkləyir:
"Digər tərəfdən, biz həm də Qafqaz bölgəsi ilə bağlı görürük ki, bizim Prezidentimizin orada gözəl fikri var idi, dedi, bizim müharibəmiz var idi, olub, indi biz sülhü tezliklə bərqərar etmək istəyirik. Əgər Ermənistan bu məsələdə bizimlə razılığa gəlsə. Amma ikinci sualdan sonra biz gördük ki, moderator ermənipərəst mövqedən çıxış edərək, köhnə terminlərdən istifadə etməyə başladı. "Dağlıq Qarabağ", "Laçın dəhlizi" və s. artıq burada hazırlıqlı yanaşmanı gördük. Belə çıxır ki, Qərb öz imkanları ilə istər Rusiya istiqamətində, istərsə də Qafqaz istiqamətində müharibəyə "hə" deyir, sülhə "yox". Odur ki, Baydenin də Ukraynaya getməsi ondan xəbər verir ki, Ukrayna, biz sənin yanındayıq, köməklik göstərəcəyik, nə qədər bacarırsansa, Rusiyaya qarşı aqressiv ol. Düzdür, məntiqlə Ukrayna belə olmalıdır, çünki hücum edən tərəf Rusiyadır. Amma digər tərəfdən, birliyin özünün üzərində olan vəzifələr var ki, belə olan halda, heç olmasa, alternativ variant təklif etsinlər. Bəlkə sülh danışıqlarına başlayasınız, bəsdir, bir ildir müharibə gedir, itkilər həddən artıq böyükdür. Amma Ukraynada daha çoxdur, çünki onun infrastrukutur göz görə-görə məhv edilir. Ukrayna bu müharibəyə nə qədər gec stop desə, bir o qədər özü müflis olacaq".
Aydın Nuri 

Siyasi       Tarix: 21 fevral 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar az son xeberler azerbaycan son.xabar xeber saytlari