"Qərb Qarabağda Rusiyanın taktiki tələsinə düşüb"
"Putinin dünən "15 il Ermənistana təklif edirdik ki, Kəlbəcər, Laçın və Dağlıq Qarabağ sizə qalsın" deməsinə qanun-qayda instinktimizlə yanaşsaq, acığımıza gəlməlidir və gəlir ki, niyə başqa dövlətin rəhbəri bu torpaqlara sərəncam vermək həvəsində olsun".
KONKRET.az xəbər verir ki, bu sözləri ReAl Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb.
"Amma instinktə bir az taktiki düşüncə qatanda görürsən ki, Putinin bu bəyanatı Paşinyanın partiyasının mühüm 17 sentyabr seçkilərində mövqeyini nəinki zəiflətmir, hətta gücləndirir, çünki Rusiya sözügedən təklifi edəndə İrəvanda rusiyapərəst Koçaryan-Sarkisyan klanı hakimiyyətdə idi. Deməli, o təklifin rəddinə görə "günah" da korrupsiya içində batan o klanın üzərinə düşür, Paşinyan isə "məsum"dur.
Putin Paşinyana bu xidməti niyə göstərsin? Qəribədir. Ola bilər ki, səbəbi Qarabağda ruspərəst şəxsin bu günlərdə "prezident" kürsüsünə oturmasıdır. Çünki Putinin dünənki digər bəyanatından belə anlamaq olur ki, Rusiyanın Güney Qafqazda yer uğrunda mübarizəsinin əsas aləti bundan sonra Ermənistan yox, Qarabağ ermənilərinin "etnik təmizlənməməsi" mövzusu olacaq. Məhz Putin belə də dedi: "Ümid edirəm ki, Azərbaycan orda heç bir etnik təmizləməyə yol verməyəcək".
Beləliklə, Qərb dövlətləri son həftələrdə "Qarabağın blokadası" mövzusunda küyə getməklə Rusiyanın taktiki tələsinə düşdülər. İndi Azərbaycan Qarabağda əməliyyata başlayası olsa, Qərb Rusiyanın "erməniləri təmizləmədən qoruma" fəaliyyətini dəstəkləməyə məcbur qalacaq.
Bu vəziyyəti necə dəyişmək olar? Qərb ölkələri Azərbaycanla ən ciddi şəkildə demokratik açılım dialoquna başlamalı, ölkəmizdə təxirəsalınmaz demokratik dəyişikliyin həm Azərbaycanın, həm də Qərbin geosiyasi maraqlarına uyğun olduğunu rəsmi Bakıya israrla göstərməlidir. Bu təqdirdə, Qarabağda əməliyyat keçirəsi olsaq, onun "etnik təmizləmə" olmadığını dünyaya daha rahat izah edə biləcəyik".

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ