Qərb Rusiyaya tətbiq ediləcək geniş sanksiyalar paketi hazırlayıb
ABŞ və Avropa rəsmiləri Ukraynanı işğal edəcəyi təqdirdə Rusiyaya tətbiq ediləcək geniş sanksiyalar paketini yekunlaşdırırlar, lakin Rusiyanın "SWIFT" maliyyə sistemindən çıxarılması bura daxil deyil.
KONKRET.az-ın məlumatına görə, bu barədə "Reuters" ABŞ və Avropa rəsmilərinə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiyanın "SWIFT" sistemindən çıxarılmaması bəzi Avropa ölkələrinin etirazı səbəbi ilə nəzərdən keçirilmir. Belə ki, həmin ölkələrin liderləri sistemdən kənarlaşdırılacağı təqdirdə Rusiyanın milyardlarla dollar məbləğindəki kredit borclarının ödəməyəcəyindən narahat olduqlarını vurğulayıblar.
Bununla belə, sanksiyaların Rusiyanın texnologiya və silah sektoru ixracına, eləcə də bəzi xüsusi oliqarxlara qarşı yönəldiyi qeyd olunub. Adı açıqlanmayan ABŞ rəsmisi qeyd edib ki, Ukraynanın Rusiya tərəfindən fiziki işğalı baş verdiyi təqdirdə Rusiyanın dövlət dəstəkli ən böyük maliyyə institutlarından olan "VTB" bank, "Sberbank" da daxil olmaqla bir sıra banklarına sanksiyalar tətbiq ediləcək.
ABŞ rəsmiləri geniş sanksiyalar paketi ilə bağlı Almaniya, Fransa və Böyük Britaniyadan olan həmkarları ilə həftə ərzində baş tutmuş görüşlər nəticəsində önəmli inkişaf əldə edildiyini, xüsusilə də Almaniyanın səsləndirdiyi narahatlıqlarının bir çoxunun həll edildiyini qeyd ediblər.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var