Qərb Ukraynanı aldatdı və yarı yolda qoydu: Gürcüstanda da belə etmişdilər

Qərb Ukraynanı aldatdı və yarı yolda qoydu: Gürcüstanda da belə etmişdilər"Qərb ölkələri dəfələrlə sözdə dəstəklədiyi dövlətləri yarıyolda qoyublar, bu, Qərbin hər zaman sərgilədiyi mövqedir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşiroğlu deyib. 
O, Qərbin Ukraynaya dəstək verməməsindən danışıb:
"Bu, Qərbin hər zaman sərgilədiyi mövqedir. Qərb ölkələri dəfələrlə sözdə dəstəklədiyi dövlətləri yarıyolda qoyublar. Diqqət yetirsək, görərik ki, Qərbin başlıca strategiyası ondan ibarətdir ki, öz nəzarəti altında olan rejimlər formalaşdırsın. Belə rejimlər də ölkələrini Qərbin maraqlarına uyğun idarə edirlər. Məsələn, 2003-cü ildə Gürcüstanda inqilab nəticəsində Saakaşvili hakimiyyətə gəldi. 2008-ci ildə Qərb Gürcüstanı Ukrayna ilə müharibəyə sövq etdi. Hətta ABŞ hərbçiləri Gürcüstanda təlimlər də keçdi. Gürcüstana hərtərəfli hərbi yardımlar edildi və həmin ilin avqustunda Gürcüstanla Rusiya arasında 5 günlük müharibə baş verdi. Həmin dövrda Saakaşvili Qərb liderlərinə telefon vasitəsilə də çata bilmədi. 2014-cü ildə "Rəngli inqilab" baş verdi, bu da Qərbin senarisi üzrə baş verdi. Bunları deməkdə məqsəd tərəflərin hansısa birinə haqq qazandırmaq deyil. Sadəcə olaraq reallıq bundan ibarətdir. 
Deputat deyib ki, Qərb bu dəfə isə Ukraynanı aldatdı: 
"2014-dən sonra Ukrayna-Rusiya münasibətləri aşkar şəkildə gərginləşməyə başladı. Qərbin başlıca məqsədi ondan ibarət idi ki, bütövlükdə Rusiya Qara dənizdən çəkilsin, Qara dəniz bütövlükdə NATO-nun daxili dənizinə çevrilsin. Təbii ki, Rusiya da bununla bağlı mövqeyini sərgilədi ki, NATO-nun onun sərhədlərinə doğru irəliləməsi təhlükəsizliyini təhtid yaradır və özü üçün bunu qırmızı xətt kimi ifadə etmişdi. 
Qərb Ukraynanı aldatdı və yarı yolda qoydu: Gürcüstanda da belə etmişdilərBeləliklə də, Qərbin təsiri altında olan rejim Rusiya ilə Ukrayna arasındakı gərginliyin dinc vasitələrlə tənzimlənməsi imkanlarını demək olar ki, sıfıra endirmiş oldu. Ukraynanın şərq əraziləri ilə bağlı Minsk razılaşması da əldə olunmuşdu. 
Zelenski seçki öncəsi Minsk razılaşmasına uyğun müəyyən addımlar atacağını bildirsə də, ondan sonra hər hansı bir addım atmadı. Bu baxımdan hesab edirəm ki, Qərb özünə loyal rejimlər formalaşdırır, sonra isə həmin ölkələri rəqiblərinə qarşı istifadə edir. Vəziyyət də gərginləşəndə o rejimlərin üzərindən əlini götürür".
E. Mirbəşiroğlu qeyd edib ki, burada zərər görən ən böyük tərəf də Ukrayna xalqı və dövlətçiliyi olacaq:
"Qərb hər zaman siyasi modelləşdirmə metodları üzrə bu ölkələri öz təsiri altında saxlamağa çalışıb və ölkələrdən də özünün geosiyasi məqsədləri üçün istifadə edib. Nəsə bir nəticə olanda Qərb həmin ölkələrin yanında olub. 
Amma görəndə ki, nəticə yoxdur, o zaman Qərb öz təhlükəsizlik prioritetlərindən çıxış edərək geri çəkilib. İndi imkan verirlər ki, insanlar Ukrayna da könüllü şəkildə döyüşə getsin, Ukraynaya silah-sursatlar verirlər. Məqsəd ondan ibarətdir ki, Ukrayna ilə Rusiya uzunmüddətli müharibə vəziyyətində olsun, beləliklə, Rusiya Ukrayna ərazisində maksimum zəiflədilsin. Amma digər tərəfdən burada zərər görən ən böyük tərəf də Ukrayna xalqı və dövlətçiliyi olacaq. Bu prosesin nəticəsinin də nə olacağını Qərb liderləri yaxşı bilir". 
Aydın Nuri

Sosial       Tarix: 08 mart 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber saytlari sonxeber bugünkü son xəbərlər son xeber 2026