Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ni ikili standartlara son qoymağa çağırıb

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ni ikili standartlara son qoymağa çağırıbQərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ni ikili standartlara son qoymağa çağırıb.
azxeber.com xəbər verir ki, bu, icmanın aprelin 5-də Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ görüşünün keçiriləcəyi barədə yayılan xəbərlərlə əlaqəli yaydığı bəyanatda bildirilib.
İcma hesab edir ki, son vaxtlar bəzi dairələrin Azərbaycanı məqsədli şəkildə hədəfə alan düşmənçilik kampaniyası, xüsusilə "Avropa Sülh Təsisatı" (EPF) vasitəsilə Ermənistana hərbi yardımlar edilməsi cəhdləri fonunda Brüssel görüşü Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına xidmət etməyən, yanlış mesajlar verən bir addımdır.
Bəyanatda qeyd olunub ki, bu görüş geosiyasi rəqabətin Cənubi Qafqaza gətirilməsi, regionda ayırıcı xətlərin yaradılması kimi təhlükəli tendensiyanın daha bir nümunəsidir: "Təəssüf ki, dəfələrlə haqq işimizin dəstəklənməsi ilə bağlı müraciətlərimizə baxmayaraq, həm Avropa İttifaqı, həm də ABŞ onlara etinasız yanaşır".
Qərbi Azərbaycan İcması daim beynəlxalq hüquqa, insan hüquqlarına hörmətdən dəm vuran Avropa İttifaqını və ABŞ-ni ikili standartlar siyasətinə son qoymağa, şübhəli gündəliklə görüş keçirməməyə və keçirdiyi halda isə görüşdə Ermənistanın militarist siyasətindən əl çəkməsi və Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına və UNESCO-nun faktaraşdırıcı missiyasının səfərinə imkan yaradılması məsələsini Ermənistan qarşısında qaldırmağa çağırır.

Siyasi       Tarix: 23 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca


azerbaycan xeberleri yeni xeberler son xeberler hava haqqinda ensonxeberler xəbər xəbərlər.com