Qərbi Azərbaycan İcması Ermənistanda "Səlibçilər" adlı qrupun aksiyasını pislədi
Qərbi Azərbaycan İcması son günlər Ermənistanda özlərinə "Səlibçilər" adı vermiş bir qrup caninin İrəvanın mərkəzində "Laçın yolunu güc yolu ilə açmaq üçün silah verin" tələbi ilə aksiya keçirməsini, daha sonra həmin şəxslərin Azərbaycanın məcburi köçkünlərin yenicə qayıtmağa başladığı Laçın rayonu istiqamətində sərhəddə gələrək təxribat törətmək barədə açıqlamalarını pisləyir.
azxeber.com xəbər verir ki, Qərbi Azərbaycan İcması hesab edir ki, keçən ilrevanşist Ermənistan müxalifətinin minlərlə insanın iştirakı ilə "Türksüz Ermənistan" şüarı ilə İrəvanda keçirdiyi irqçi aksiyalara beynəlxalq ictimaiyyət tərəfindən lazımi reaksiya verilsəydi, bu gün Ermənistanda bəlkə də belə əməllər təkrarlanmazdı.
Qərbi Azərbaycan İcması Ermənistan cəmiyyətində revanşistlərin keçmiş münaqişəyə dini rəng verməsini yolverilməz hesab edir və beynəlxalq ictimaiyyəti, o cümlədən BMT-ni, onun xüsusi məruzəçilərini, Avropa İttifaqını, onun Ermənistandakı Missiyasını, Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətinə tez-tez səfər edən ölkələrin səfirlərini, Avropa Şurasını, beynəlxalq qeyri-hökumət təşkilatlarını bu kimi təxribatçı, ksenofob, Azərbaycanafob əməlləri pisləməyə çağırır.
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi