Qətərlə viza rejiminin ləğvinin ÜSTÜNLÜKLƏRİ
Qətərlə viza rejiminin ləğvinin ÜSTÜNLÜKLƏRİ
Dövlət Turizm Agentliyinin Qətərlə bağlı həyata keçirəcəyi əməkdaşlıq planları müəyyən edilib.
Bu barədə Oxu.Az-a açıqlamasında Dövlət Turizm Agentliyinin sədr müşaviri Kənan Quluzadə məlumat verib.
Azərbaycanla Qətər arasında imzalanan "Ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş"in tətbiqinin turizmə təsirindən danışan Agentlik rəsmisi bildirib ki, viza rejiminin ləğvi turistlər üçün daha əlverişli və rahat səyahət şəraiti yaradacaq:
"Bu, səyahətçi üçün sənədləşdirmə mərhələsini yüngülləşdirir, eyni zamanda turizm baxımından ölkənin qapılarını daha geniş açır. Sadalanan cəhətlərinə görə bu saziş turizmin inkişafına müsbət təsir göstərəcək".
Kənan Quluzadə Turizm Agentliyinin Qətərlə bağlı növbəti mərhələdə atacağı addım barədə də məlumat verib:
"Qətər Yaxın Şərq ölkələrindən biri kimi Azərbaycan turizmi üçün prioritet bazarlardan biridir. Pandemiyadan irəli gələn tələblərdən dolayı ikitərəfli turizm potensialı tam olaraq özünü göstərməyib. Lakin bizim Qətərlə bağlı intensiv planlarımız mövcuddur. Biz pandemiyanın səngiməsindən sonra Qətərdən olan turistləri Azərbaycana aktiv olaraq cəlb edəcəyik".
Dövlət Turizm Agentliyinin Qətərlə bağlı həyata keçirəcəyi əməkdaşlıq planlarına Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Qətər ilə məşğul olacaq nümayəndəliyin açılması, 2022-ci ildən başlayaraq tur operatorları üçün və media ilə tanışlıq səfərlərinin təşkili aiddir.
Həmçinin, Qətərdəki Sosial Media Platformasında Azərbaycanın təyinatını aktiv şəkildə tanıtmaq, oradakı aparıcı onlayn turizm agentlikləri ilə marketinq kampaniyaları da bu planlar daxilində həyata keçiriləcək.
Eləcə də, 2022-ci ildən başlayaraq qətərlilər üçün bir səyahət yeri olaraq Azərbaycan haqqında məlumatlılığı artırmaq üçün sənaye ticarət təlimləri və satış zənglərinin təşkili də nəzərdə tutulub.
Qeyd edilib ki, Azərbaycan Turizm Bürosunun milli stendi ilə 2021-ci ilin noyabr ayında "Qatar Travel Mart" (QTM) sərgisində iştirak etməsi gözlənilir.
Nigar Məmmədova
Kurslar.az kurslar [newsid: 0-123300]

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir