Qətiyyən imkan verməyək ki, parklarımız, meşələrimiz, yaşıllıq örtüyü məhv edilsin' - Deputat

Qətiyyən imkan verməyək ki, parklarımız, meşələrimiz, yaşıllıq örtüyü məhv edilsin' - Deputat"Azərbaycan dövləti tərəfindən uzun illərdir ətraf mühitin qorunması, yaşıllıq massivlərinin genişləndirilməsi, meşə massivlərinin artırılması, nəsli tükənməkdə olan heyvanların qorunub saxlanması, xüsusi qoruqların salınması üçün külli miqdarda vəsaitlər xərclənir, xüsusi layihələr həyata keçirilir. Deputatın sözlərinə görə, bütün bunlarla yanaşı, həm Heydər Əliyev Fondu, həmçinin müvafiq təşkilatlar, ətraf mühitin qorunması ilə bağlı fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti üzvləri tərəfindən bu cür layihələr uğurla həyata keçirilir".
Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev COP-29-ün keçirilməsinin önəmindən danışarkən deyib.
Deputat əlavə edib ki, hələ də ümumillikdə ətraf mühitin, yaşıllıq massivlərinin qırılmasını həyata keçirən və buna göz yuman bir qrup məmurlar var:
"Təəssüflər olsun ki, hələ də yaşıllıq massivlərinin qırılmasını həyata keçirən və buna göz yuman bir qrup məmurlar var. Baş verən prosesləri doğru-düzgün dəyərləndirmirlər, ört-basdır etmək istəyirlər. Məlum hadisə ilə bağlı cinayət işi başladılıb və bu işdə əli olan bütün məmurlar cəzalanacaqlar. Bununla yanaşı, vətəndaş olaraq da çalışmalıyıq ki, ictimai qınaq olsun. İnsanlarımız bənzər hadisələrdə qətiyyən sakit durmamalıdır. Hardasa bir ağacın kəsildiyini, bir heyvanın öldürüldüyünü görürüksə, ətraf mühitin çirkləndirilməsi ilə bağlı bir hadisəyə şahidlik ediriksə, dərhal aidiyyəti qurumları məlumatlandırmalıyıq. Əgər Qusarda baş vermiş məlum hadisə ilə bağlı qurumlar məlumatlandırılsaydı, yuxarı instansiyalara məlumatlar çatdırılsaydı, bu qədər böyüklükdə bir ərazidəki ağaclar tələf edilməzdi. 50-60 yaşlı ağacların yenidən bərpa edilməsi üçün uzun illər lazım olacaq".
Parlament üzvü hər bir Azərbaycan vətəndaşını bu proseslərdə həssas olmağa çağırıb:
"Hadisənin törədilməsində və ört-basdır edilməsində iştirakı olan bütün məmurlar cəzalandırılmalıdır. Dövlət qulluqçuları vəzifəsindən kənarlaşdırılmalı və bir daha onlara mühüm postlar həvalə olunmamalıdır. Çünki etimaddan sui-istifadə edirlər, öz vəzifə səlahiyyətlərini aşaraq dövlət siyasətinə qarşı çıxırlar. Nəinki ətraf mühitin çirkləndirilməsi və meşə massivinin məhv edilməsi prosesinə göz yumurlar, hətta bu prosesin iştirakçısına çevrilirlər. Bacardığımız qədər çalışmalıyıq ki, gələcəkdə bənzər hadisələrin qarşısını vaxtında alaq. Qətiyyən imkan verməyək ki, meşə massivlərimiz, parklarımız, ağac örtüyümüz, yaşıllıq örtüyü məhv edilsin". / azxeber.com

Sosial       Tarix: 17 may 2024
f Paylaş

Oxşar xəbərlər

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


son xeberler azerbaycan xeberleri yeni xeberler apa.az xeberler sou biznes cəbhədən canlı azerbaycanda son xeberler