Qətlə yetirilən müğənninin bacısı danışdı: 'Kaş hamınız Yaqut kimi namuslu olardınız
"Kaş şou-biznesdəkilərin hamısı mənim bacım kimi namuslu olardı".
azxeber.com xəbər verir ki, bu sözləri həyat yoldaşı tərəfindən qətlə yetirilən müğənni Yaqut Nərimanın bacısı jurnalist Şəlalə Nəriman sosial şəbəkə hesabında açdığı canlı yayım zamanı deyib.
O, izləyicilərin "Bacınızın ölümü ilə özünüzü reklam edirsiniz" şərhlərinə əsəbiləşib və iddiaları cavablandırıb:
"Ağzımı açıb bir söz deyən kimi deyirsiz özünü reklam edir. Mənim reklama ehtiyacım var? Mən reklam edib nə edirəm? Bacımı geri qaytaracam? Bacımın vəfatından sonra mənə nə televiziya maraqlıdır, nə jurnalistika maraqlıdır. Efirə çıxıram, bacımın ruhu şad olsun deyə çıxıram".
Daha sonra jurnalist məhkəmə prosesində yaşananlardan danışıb:
"Məhkəmə zalında o qatil qalxdı ayağa. Hakim sual verdi ki, qısqanclıq zəminində öldürmüsən? Dedi ki, hə. Hakim soruşdu tutmusan, sübutun var? O da dedi ki, yox. Sms görüb, o da işlə bağlı olub. Deyir elə bildim ki, sevgililəridir. Hamımızın telefonunda işlə bağlı kişi nömrələri var. Can da deyirik, qurban olum da deyirik. Deməli hamısı sevgilimizdir? Hələ məhkəmə davam edir. Ayın 14-ü ikinci məhkəmə olacaq. Yalan məlumat və başlıqlarla bu xəbərləri yayanları şikayət edəcəyəm. Kaş ki, hər kəs mənim bacım kimi namuslu olardı. Evini atam alıb, bağı birlikdə tikmişik, maşınını da satıb borclarını vermişəm".
Qeyd edək ki, məhkəmədə müğənninin həyat yoldaşı, Yaqutun telefonunda mesajlar və zənglər gördüyünü və onu namus üstündə qətlə yetirdiyini bildirib.
Aysel

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Qızıl və gümüş bahalaşdı
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ