Qevork Kostanyan: "İrəvan Bakıya 50 milyard dollar təzminat ödəməlidir
Qevork Kostanyan: "İrəvan Bakıya 50 milyard dollar təzminat ödəməlidir"
Rusiya Federasiyası, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağla əlaqəli bağladığı üçtərəfli razılaşmaya görə, İrəvanın üzərinə gələcək nəsillərin belə ödəməli olacağı 50 milyard dollardan (85 mlrd. AZN) çox öhdəlik qoyulub.
Bu barədə Ermənistanın keçmiş Baş prokuroru və respublikanın Avropa İnsan Haqları Məhkəməsində sabiq nümayəndəsi Qevork Kostanyan açıqlama verib.
Onun sözlərinə görə, hələ iki il əvvəldən Azərbaycanın Qarabağ və ətraf yeddi rayonda maddi ziyanla əlaqədar təzminat üçün İrəvana qarşı məhkəmə hazırlığı barədə xəbərdarlıq edib.
"Bakı Azərbaycana dəyən zərərin hesablanması üçün beynəlxalq təşkilat tutmuşdu, o da ziyanın miqdarının 50 milyard dollar olduğunu hesablayıb", - deyə o bildirib.
"Əminəm ki, Ermənistanın Baş naziri 10 noyabr tarixində məlum sənədi imzalamaqla, bir növ Ermənistan Respublikasının öhdəliyin subyekti olduğunu təsdiqlədiyindən və bununla da dəymiş ziyana görə birbaşa öhdəliyi öz üzərinə götürdüyündən bu istiqamətdə işlər daha da gücləndi", - deyə keçmiş Baş prokuror əlavə edib.
Kostanyan hadisələrin belə inkişafının qarşısının alınması üçün Paşinyanın istefasını zəruri addım adlandırıb. /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."