QHT sədri ATƏT-də Ermənistanın mina terrorunu və dezinformasiya siyasətini ifşa etdi - FOTOLAR

QHT sədri ATƏT-də Ermənistanın mina terrorunu və dezinformasiya siyasətini ifşa etdi - FOTOLAR"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı Avstriyanın paytaxtı Vyanada şəhərində ATƏT tərəfindən təşkil olunan "Münaqişə və humanitar böhranlar dövründə medianın rolu" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib. Tədbirdə ATƏT-ə üzv ölkələri təmsil edən diplomatlar, media və qht təmsilçiləri, rəsmi nümayəndə heyətləri iştirak edib. Tədbirdə çıxış edən Fərid Şahbazlı Ermənistanın dezinformasiya siyasəti və mina terroru haqqında məlumat verib.
Fərid Şahbazlının çıxışını olduğu kimi təqdim edirik:
Hörmətli konfrans iştirakçıları,
Dezinformasiya bu gün qlobal informasiya mühitinin ən təhlükəli elementlərindən biridir. Xüsusilə, münaqişə bölgələrində saxta məlumatların yayılması təkcə ictimai rəyi manipulyasiya etmir, həm də sülh və sabitliyə ciddi təhdid yaradır. Ermənistanın Qarabağ məsələsi ilə bağlı illərdir apardığı dezinformasiya siyasəti bunun ən açıq nümunələrindən biridir.
Bu kontekstdə Azərbaycanın üzləşdiyi ən ciddi problemlərdən biri Ermənistanın uzun illər boyu apardığı sistemli dezinformasiya kampaniyalarıdır. Xüsusilə, Qarabağ münaqişəsi və post-müharibə dövründə Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün uydurma xəbərlər yayması, saxta humanitar böhran görüntüsü yaratması və tarixi faktları təhrif etməsi bunun açıq sübutudur.
Dezinformasiyanın əsas məqsədi reallıqları gizlətmək, beynəlxalq ictimaiyyəti yanlış yönləndirmək və informasiya məkanında haqlı tərəfi günahkar kimi göstərməkdir. Ermənistan mediası və onun dəstəklədiyi lobbi qrupları saxta görüntülər, yalan məlumatlar və manipulyativ hesabatlarla Azərbaycan əleyhinə kampaniyalar aparır. Bu cür hallar yalnız Azərbaycanı hədəf seçmir, eyni zamanda beynəlxalq ictimaiyyəti aldatmaq və ədalətdən yayınmaq məqsədi daşıyır.
Xüsusilə qeyd etmək istəyirəm ki, Ermənistanın müharibədən keçən 5 il ərzində mina xəritələrinin Azərbaycana tam və doğru təqdim etməməsi səbəbindən Qarabağda çox sayda mülki şəxs və jurnalistlər həyatını itirib. Bu dəhşət hələ də davam edir.
ATƏT və beynəlxalq təşkilatlar dezinformasiya ilə mübarizədə ədalətli yanaşma sərgiləməli, media platformalarında qərəzli və manipulyativ məlumatların yayılmasına qarşı effektiv mexanizmlər formalaşdırmalıdır. Çünki saxta informasiya təkcə dövlətlərarası münasibətlərə deyil, bütövlükdə qlobal təhlükəsizliyə və sabitliyə ciddi təhdid yaradır.
Biz həqiqəti müdafiə etməyə davam etməliyik. Çünki doğru informasiya olmadan nə demokratiya, nə sülh, nə də beynəlxalq əməkdaşlıq mümkündür.
QHT sədri ATƏT-də Ermənistanın mina terrorunu və dezinformasiya siyasətini ifşa etdi - FOTOLARQHT sədri ATƏT-də Ermənistanın mina terrorunu və dezinformasiya siyasətini ifşa etdi - FOTOLARQHT sədri ATƏT-də Ermənistanın mina terrorunu və dezinformasiya siyasətini ifşa etdi - FOTOLARQHT sədri ATƏT-də Ermənistanın mina terrorunu və dezinformasiya siyasətini ifşa etdi - FOTOLARQHT sədri ATƏT-də Ermənistanın mina terrorunu və dezinformasiya siyasətini ifşa etdi - FOTOLAR/ azxeber.com

Siyasi       Tarix: 19 mart 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən yeni xəbərlər hava son xeberler bugun 2026 muharibe xəbərlər