QHT sədri rus deputata səsləndi: "Niyə səsiniz çıxmır?

QHT sədri rus deputata səsləndi: Rusiyanın Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsi Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Bu yanaşma haqlı narazılığa səbəb olub.
azxeber.com xəbər verir ki, İnterpress.az xəbər portalının baş redaktoru, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili bununla narazılığını sosial şəbəkə səhifəsində ifadə edib.
QHT sədri bununla bağlı Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri, rus əsilli Mixail Zabelinə çağırış edib.
Baş redaktor müraciətində rus əsilli deputata onun sevimli Rusiyasının Qarabağda bəslədiyi separatçı rejimini "Dağlıq Qarabağ Respublikası" adlandıraraq, erməni separatçılarının adından Ukraynadakı rus əsgərlərinə yardım göndərdiyini xatırladıb.
"Sizə sual verirəm: niyə səsiniz çıxmır? Ukrayna-Rusiya muharibəsi başlayan gündən Rusiyanın haqsız mövqeyini qorumaq üçün canfəşanlıq edirsiniz. Ancaq Milli Məclisinin deputatı olduğunuz ölkənin milli maraqları naminə bir kəlmə belə danışmırsınız. Məncə, indi düşünmək və qərar vermək zamanıdır yoldaş Zabelin. Sonra gec ola bilər" – T.Allahverdili əlavə edib.
Daha sonra deputat M.Zabelin jurnalistin statusuna rus dilində münasibət bildirməsi digər media və QHT nümayəndələrinin sərt reaksiyasına səbəb olub. Buna görə də deputatın rəyi narazılıqla qarşılanıb.
T.Allahverdili deputata Azərbaycanda yaşayan rusların ölkəmizin bərarhüquqlu vətəndaşları olduğunu xatırladıb. Onların arasına Vətən uğrunda şəhid olan qardaşlarımızın da olduğunu vurğulayıb.
"Arzu olunandır ki, siz də rus icmasını təmsil edən bir deputat kimi Azərbaycanın milli maraqlarının müdafiəsində aktiv olasınız" – baş redaktor deputata çağırış edib.
M.Zabelin isə Azərbaycan dilində danışa bildiyini iddia etsə də, bir cümlədə açıq aşkar neçə-neçə orfoqrafik, qrammatik və leksik səhvlərə yol verdiyi müşahidə olunub. Jurnalistlər isə deputatı Azərbaycan dilini bildiyi halda bu dildə niyə danışmadığına görə ittiham ediblər.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsinin qəbuledilməz olduğu barədə açıqlama yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının ərazisində "Dağlıq Qarabağ" adlı inzibati-ərazi vahidi yoxdur. Daha Azərbaycan MN Rusiya tərəfinə çağırış edib.

Siyasi       Tarix: 08 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabar son xeber az sonxəbər xəbər az