Qırmızı Ürəklər Fondu: Xeyriyyəçilik yolunda 4 il

Qırmızı Ürəklər Fondu: Xeyriyyəçilik yolunda 4 ilFəaliyyəti boyunca Azərbaycanınhər bölgəsində xeyirxahlıq işlərinə imza atan, minlərlə insana maddi və mənəvidəstək göstərən, ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasında xüsusi roluolan Qırmızı Ürəklər Fondunun rəsmi fəaliyyətə başlamasından 4 il ötür.
azxeber.com xəbər verir ki, fond ötən gün bu münasibətlə dostlarını və tərəfdaşlarını artıq ənənə halını almış"Ürəksən" adlı tədbirdə bir araya gətirib.
Kapital Bank-ın nümayəndələri,donorlar, tərəfdaşlar, əməkdaşlar və könüllülərin iştirak etdiyi tədbiri çıxışsözü ilə Fondun prezidenti Yusif Poladov açıb. O, çıxışında "Cəmiyyət", "Ətrafmühit" və "Heyvanların müdafiəsi" istiqamətlərində Fondun 2024-cü ilə dair hesabatınıtəqdim edib. Hesabatda həssas qruplara, maddi və mənəvi yardıma ehtiyacı olaninsanlara dəstək, uşaq evləri və sığınacaqlarda keçirilən tədbirlər,aztəminatlı ailələr üçün yardım aksiyaları, təhsil təqaüdü proqramı,sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləviağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvansığınacaqlarına dəstək aksiyaları kimi onlarla layihənin təqdimatı və statistikgöstəricilər də yer alıb. Belə ki, 2024-cü il ərzində Fonda 4 505 donortərəfindən ümumilikdə 1 milyon 870 min manat məbləğində ianə edilib. Toplananvəsaitlər sayəsində 196 könüllünün iştirakı ilə 4 019 benefisiara dəstəkgöstərilib.
Tədbirin davamında Kapital Bank-ınİdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı FərqanəMəmmədova çıxış edərək Kapital Bank-ın korporativ sosial məsuliyyətstrategiyasında Qırmızı Ürəklər Fondunun rolundan danışıb. "Qırmızı ÜrəklərFondunun ideyası bir neçə əməkdaşın təşəbbüsü ilə yaranmışdı. 4 il çox uzunvaxt olmasa da Fond bu müddətdə ətrafına xeyli könüllü toplaya, böyüyə vəcəmiyyətimiz üçün çox dəyərli işlərə imza ata bildi. Bu olduqca əzmli vəqürurverici yol oldu. Mən bu yolda bizimlə davam edən bütün könüllülərimizə,dəstək göstərən xeyirxah insanlara təşəkkürümü bildirirəm".
Tədbirdə həmçinin Fondun HimayəçilikŞurasının üzvü Günay Məssimova Fondun uğurlarında könüllülərin rolundandanışaraq onlara təşəkkürünü bildirib.
Tədbir çərçivəsində QırmızıÜrəklər Fondunun həyata keçirdiyi sosial layihələrə xüsusi töhfə vermişşirkətlər yeni təsis edilən "Red Hearts Award" mükafatı ilə təltif edilib. Mükafatlandırılanlarsırasında "PAŞA Həyat", PAŞA Bank", "PAŞA Investments", "PashaPay", "PAŞATechnology" və "PMD Group" şirkətləri də yer alıb. Eyni zamanda Fondunkönüllülük fəaliyyətinə dəstək vermiş, layihələrdə təşəbbüsləri ilə fərqlənənkönüllülərə və Kapital Bank-ın filial rəhbərlərinə təşəkkürnamələr təqdimolunub.
Qeyd edək ki, "Red Hearts"-Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarınıntəşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdəianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi,ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimicəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxışedən "Red Hearts"- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilikmədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanışolmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün  saytınadaxil olmaq kifayətdir.

İqtisadiyyat       Tarix: 18 dekabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az son xeberler axsam.az xeberler son.xeberler valyuta