"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb

Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının qalibləri ilə onlara təhsil yolunda dəstək göstərən donorlar arasında görüş təşkil olunub. Səmimi, səhər yeməyi formatında keçirilən görüşdə donorlar öz həyat və peşəkar karyera təcrübələrini tələbələrlə bölüşərək onlara tövsiyələrini veriblər. Təqaüd proqramının qalibləri isə karyera planları, akademik nailiyyətləri və təhsil fəaliyyətləri barədə məlumat verərək öz suallarını ünvanlayıblar.
Görüşdə Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə, İdarə Heyətinin üzvü, Baş Komplayens İnzibatçısı Kamal Abdullayev, eləcə də Birbank Private müştəriləri iştirak ediblər.
Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov iştirakçılara "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı və "Onu Oxut" aksiyası ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki,  bu il ilk dəfə olaraq tələbələrə təqaüd aldıqları müddət ərzində donorlar tərəfindən mentor proqramı ilə dəstək olunacaq.
Qeyd edək ki, 2024-cü ildən etibarən "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı Qırmızı Ürəklər Fondunun və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı ilə həyata keçirilir. 2025-2026-cı tədris ili üzrə elan olunan proqrama 995 nəfər müraciət edib, 73 namizəd müsahibə mərhələsinə dəvət olunub və 20 tələbə qalib elan olunub. Təqaüd proqramı çərçivəsində Birbank Private müştərilərinin dəstəyi ilə 10 tələbəyə təqaüd verilir.
"Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil ola bilərsiniz. / azxeber.com

İqtisadiyyat       Tarix: 13 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler bugunun xeberleri krimnal bugun son xeberler 2026 ən son xəbərlər