"Qiyamət günü olduğunu düşündüm" - 3 yaşlı uşağı öldürüb azadlıqda qaldı

Tərtərdə 3 yaşlı uşağı öldürən rayon sakini Elmir Hüseynov cinayət məsuliyyətindən azad edilib.
azxeber.com xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə 2020-ci ilin iyulunda baş verib və məhkəmə çəkişməsi bir neçə gün öncə yekunlaşıb. Gəncə Ağır Cinayətlər Məhkəməsi E.Hüseynovun cinayəti anlaqsız vəziyyətdə törətməsi qənaətinə gəlib və ona cəza verilməyib.
Hadisə günü Elmir xalası oğlu ilə birlikdə etdiyi Hacıqərvənd kəndində yerləşən marketin qarşısına gələrək, orada qeyri-adekvat davranışlar nümayiş etdirib. Belə ki, o, mağazanın qabağında dayanan "VAZ 2107"ni görüb "məni bu avtomobildə olan şəxslər öldürəcəklər" deyərək qışqırıb. Xalasıoğluna "qoyma, atam məni güllələmək istəyir, qaç sən də özünü qoru, birdən güllə sənə də dəyər"deyib. Sonra marketə girib satıcı Raminə "icazə vermə ki, məni öldürsünlər, Allahu Əkbər, namaz qılmağına baxmayaraq sənin nisyə dəftərin var" deyərək qışqırıb. Əlindəki bıçaqla ətrafdakı insanları hədələyib.
Daha sonra marketdən çıxıb yaxınlıqda yaşayan qohumu Təhmasib gilə gedib. Evin pəncərəsini sındırıb onlara "sizi öldürəcəm, hardasınız, bura gəlin" deyib. Həmin vaxt Təhmasib evdə olmadığından həyat yoldaşı Ləman (şərti ad) özünü və uşaqlarını qorumaqda çətinlik çəkib. Elmir həyətdən götürdüyü ketmanla əvvəlcə 4 yaşlı qızı vurmaq istəyib. Bu zaman ana qızını müdafiə edərək özünü zərbənin qabağına verib. Elmirin dayanmasından istifadə edərək qızını tez evə çıxararaq qapını bağlayıb. Bu zaman Elmir bağda oynayan 3 yaşlı Öməri görüb. Uşağı vurmaq üçün onun üzərinə gedib. Uşaq qaçmaq istəyərkən yıxılıb. Ana uşağını müdafiə etmək istəyəndə Elmir onun başından vuraraq huşunun itməsinə səbəb olub. Həmin ərəfədə isə 3 yaşlı oğlanın başına  və bədəninə çoxsaylı zərbələr vurmaqla xəsarət yetirib. Ana ayılanda uşağın qan içində olduğunu görüb. Uşağı xəstəxanaya çatdırsa da, 3 yaşlı Ömər gecə xəstəxanada vəfat edib.
Hadisə ilə bağlı məhkəmədə dindirilmiş Elmir Hüseynov hadisənin hansı şəraitdə baş verməsini tam xatırlamadığını deyib: "10 ildir qəssab işləyirəm. 3-4 il əvvəl Təhmasibin anası rəhmətə gedəndə onlarda olmuşam. Hadisə günü günortaya kimi ət satmışam, sonra yoldaşımı diş həkiminə aparmışam. Sonra da xalamoğlu Eminlə Hacıqərvəndə getmişik. Raminin işlətdiyi mağazaya çatanda özümü narahat hiss etdim, başım dumanlandı. Maşındakı bıçağı götürüb mağazaya girdim, kiminsə üstümə gəldiyini düşünərək "məni sən başa düşərsən, qardaşın da gəlir, qoyma" deyib Raminin üstünə qışqırdım. Emin və Ramin məni saxlamaq istəyəndə əllərindən qaçıb mağazadan çıxdım, qiyamət günü olduğunu düşünərək "Allahu-əkbər, Allahu-əkbər" deyib qışqırdım. Bundan sonra baş verənləri xatırlamıram. Ancaq şüşənin qırılma səsini eşitdim. Özümə gələndə təcili yardım çağırılmışdı, mənə iynə vuruldu, gecə atam polis şöbəsinə getməli olduğumuzu dedi. Ramin din adamı olduğundan məni başa düşəcəyini fikirləşmişdim. Qiyamət günü olduğunu, balanı anadan ayırdıqlarını düşündüm, əcaib, xoşagəlməz səslər eşitdim".
Qadın oğlunun vurulması epizodunu belə xatırlayıb: "Başımı həyətə çevirəndə Ömərin ağacların arasından baxdığını gördüm. Bu zaman Elmir evin qarşısında "bura gəlin, sizi öldürəcəm" deyə qışqırdı. O əlində ketman Ömərin üstünə getdi, Ömər armud ağacına tərəf qaçanda ayağı ilişib yıxıldı. Elmir birinci Öməri vurmadı. Məni vurmağa başladı.  Həmin vaxt huşum getdi. Başımı qaldıranda Ömərin başından qan axdığını gördüm, onu qucağıma alıb yola qaçdım. Qonşunun maşını ilə Öməri Tərtər xəstəxanasına apardıq. Gecə saatlarında Ömər dünyasını dəyişdi".
Araşrımalar zamanı məlum olub ki, Elmir Hüseynov 2012-ci ildə yol qəzası keçirib və qapalı kəllə-beyin travması alıb. Huşsuzluq və baş ağrıları ilə əlaqədar müalicə olunub. Lakin o, bu vaxtadək hər hansı ruhi-əsəb və narkoloji xəstəliklərlə bağlı müraciət etməyib və dispanser qeydiyyatında olmayıb. Məhkəmə Psixiatrik Espertiza Mərkəzinin rəyinə əsasən, Elmir cinayəti törədərkən depressiv tipli üzvi affektiv pozuntudan əziyyət çəkib.  "Üzvi şizofreniyayabənzər pozuntu" formasında kəskin psixotik vəziyyət keçirib. Tərtər rayon polis şöbəsinin məktubundan isə aydın olub ki, Elmir cinayətdən əvvəl kannabinoid narkotikindən istifadə edib.
Təqsirləndirilən şəxs əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib. Ona psixiatriya stasionarında məcburi müalicə təyin olunub.

Sosial       Tarix: 22 may 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun metbuat xeberleri kriminal en son xeberleri