"Qızıl ucuzlaşır, amma dövlət milyardlıq ehtiyatlarını qoruyur" - Ekspert

"Uzunmüddətli perspektivdə qızılın qiymətində ciddi ucuzlaşma riski yoxdur və mövcud proqnozlar qiymətlərin artacağını göstərir."
Bu sözləri iqtisadçı ekspert Rəşad Həsənov azxeber.com-a açıqlamasında bildirib.
R.Həsənov qeyd edib ki, Azərbaycan Dövlət Neft Fondu və Mərkəzi Bankın qızıl üzrə investisiyaları qısa yox, məhz uzunmüddətli strategiyaya əsaslanır:
"Son günlər qızılın qiymətində müşahidə olunan ucuzlaşma Azərbaycanın strateji valyuta ehtiyatlarının real dəyərini hələlik tam əks etdirmir. Çünki həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın qızıl yatırımları uzunmüddətli dövr üçün nəzərdə tutulub. Bir neçə gün ərzində qiymətlərdə müəyyən eniş qeydə alınsa da, ötən il qızılın qiyməti 75 faizdən çox artıb. 2026-cı ilin yanvar ayında isə qızılın qiymətində təxminən 13 faizlik yüksəliş baş verib."
Ekspertin sözlərinə görə, orta və uzunmüddətli dövrdə qızılın bahalaşması istiqamətində güclü meyillər mövcuddur:
"Qısa müddətli dalğalanmalara baxmayaraq, hazırda qızılın qiymətinin 4 300–4 800 ABŞ dolları aralığında formalaşacağı proqnozlaşdırılır. 2026-cı il ərzində isə orta-uzun müddətli perspektivdə qiymətin 6 000 dollara qədər yüksələcəyi gözlənilir. Bu da Dövlət Neft Fondu və Mərkəzi Bankın qızıl ehtiyatlarına yatırımlarının əlavə dəyər formalaşdıracağı deməkdir."
R.Həsənov vurğulayıb ki, qısa müddətli qiymət dəyişikliklərinə əsaslanaraq nəticə çıxarmaq düzgün deyil:
"Azərbaycan Dövlət Neft Fondu və Mərkəzi Bank qızıl investisiyalarını uzunmüddətli strategiya əsasında həyata keçirir. Azərbaycanda qızılın böyük hissəsi 1 400–1 800 ABŞ dolları səviyyəsində alınıb və hazırkı qiymətlərin həmin həddə qayıtması real deyil. Bu baxımdan, edilən investisiyalar artıq ciddi gəlir potensialı formalaşdırıb. Hazırda bu sahədə ciddi risklər müşahidə olunmur və qısa müddətli dalğalanmalar əsasında qiymətləndirmə aparmaq doğru olmaz. Uzunmüddətli dövrdə isə qızılın qiymətinin artacağı gözlənilir."
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 05 fevral 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler bugunun xeberleri krimnal bugun son xeberler 2026 ən son xəbərlər