Qızılcada hansı ağırlaşmalar ola bilər?

Qızılcada hansı ağırlaşmalar ola bilər?"Qızıca istənilən yaşda müşahidə edilir. Lakin 1 yaşdan 4-5 yaşa qədər uşaqlar arasında daha çox rast gəlir, 6 aya qədər uşaqlar qızılca ilə nadir hallarda xəstələnirlər. 3 aya qədər uşaqlar isə bir qayda olaraq xəstələnmirlər ki, bu da anadan ötürülən passiv immunitetin sayəsindədir".
KONKRET.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, epidemioloq Nigar Mütəllibova bildirib.
Həkim deyib ki, xəstə insandan yoluxma səpkilərin əmələ gəlməsindən 4-5 gün əvvəl və səpgknin yaranmasından 5 gün sonra baş verə bilər:
"İnfeksiyanın ötürülməsi hava-damcı yolu ilə baş verir. Öskürmə, asqırma zamanı qızılca virusu yuxarı tənəffüs yollarının selik hissəcikləri vasitəsilə ətraf mühitə ifraz olunur və hava axını ilə böyük məsafələrə yayıla bilər.
Ətraflı
Qızılcanın klinik mənzərəsində 3 dövr ayırd edilir: kataral və ya başlanğıc (prodromal), səpkilər və piqmentasiya. Xəstəliyin başlanğıc dövrü bədən temperaturunun 38,5-39°C-yə qədər artması, yuxarı tənəffüs yollarının və konyunktivanın zədələnməsi ilə səciyyələnir. Zökəm, boğazda ağrı, quru öskürək, bəzən xəstələiyin başlanğıcında inağ (krup) sindromu inkişaf edir. İşıqdan qorxma, konyunktivanın hiperemiyası, göz qapaqlarının şişkinliyi müşahidə olunur".
N. Müəllibovanın sözlərinə görə, səpki dövrü xəstəliyin 4-5-ci günündən başlanır və ləkəli-papulyoz səpki ilə səciyyələnir. İlk səpki elementləri qulaqarxası, burun darağında xırda ləkələr şəklində meydana çıxır ki, onların da ölçüləri sürətlə böyüyür, bəzən birləşir. Bir sutka ərzində səpki tezliklə üzdə, boyunda yayılır, ayrı-ayrı elementlər şəklində döşdə və kürəyin yuxarı hissəsində əmələ gəlir. Sonrakı günlərdə yuxarı və aşağı ətraflarda qeyd olunur.
Həkimin sözlərinə görə, qızılca xəstəliyində bəzi ağırlaşmalar mümkündür:
"Qızılca zamanı ağırlaşmalar xəstəlyin istənilən dövründə baş verə bilər. Onlar əsas etibarilə ikincili infeksiyanın qoşulması ilə bağlıdır. Fəsadlaşma tənəffüs yollarının iltihabi ilə (bronxit, pnevmoniya), orta qulağın iltihabı (otit), baş beyin və onurğa beyin qişasının iltihabı ilə (meningit, ensefalit, meninqoensefalit) təzahür edir. Əvvəlcə qızılca ilə yoluxan şəxslər səpki göründükdən sonra 5 günə qədər təcrid olunurlar. Ağırlaşmalar olarsa, təcrid edilmə 10 günə qədər uzanır. Xəstə ilə təmasda olan şəxslərə, xəstəliyə yoluxmamış uşaqlara qamma-qlobulin vurulur (passiv immunizasiya). Xəstə ilə təmasda olan peyvənd olunmayan uşaqlar isə təcrid olunmaqla müşahidə olunmalıdırlar. Təmasdan sonra 72 saat ərzində peyvənd olunması tövsiyə edilir.
Qızılca xəstəliyi ilə mübarizədə ən effektiv vasitə peyvənddir. Azərbaycanda qızılca, parotit və məxmərək xəstəlikləri ilə mübarizədə 3 komponentli vaksin istifadə olunur".

Sağlamlıq       Tarix: 18 dekabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son məlumat son.xeberler xankendi valyuta mezenesi