Qızılcaya görə kimlər peyvənd olunacaq? – KONKRET.az sorğu keçirdi

Qızılcaya görə kimlər peyvənd olunacaq? – KONKRET.az sorğu keçirdiMəlumdur ki, son günlər ölkə ərazisində qızılca xəstəliyinə yoluxanların sayı xeyli artıb. Epidemiyanın əsasən uşaqlar arasında yayılması və geniş vüsət alması hətta bəzi məktəblərdə yenidən distant təhsilə keçidi aktuallaşdırıb. Vəziyyətin ciddiliyini nəzərə alaraq, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) 11-40 yaş arası əhalinin qızılcaya qarşı peyvəndlənəcəyini, lakin bunun könüllü olacağını bildirib. Bəs vətəndaşlar bu barədə nə düşünür? Peyvəndin vacibliyinə ciddi yanaşırlarmı? Ümumiyyətlə, əhali sözügedən xəstəlikdən necə qorunur?
KONKRET.az vətəndaşlar arasında mövzuyla bağlı sorğu keçirib. Beləliklə, əhalinin müxtəlif təbəqələrindən olan insanların fikirlərini təqdim edirik.
Eyyub Məmmədov: "Düşünürəm ki, istər qızılcaya qarşı, istərsə də digər yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılması zəruri prosesdir. Bu mənada hesab edirəm ki, dövlət bu məsələdə ardıcıl mövqe tutmalıdır. Mən şəxsən özümün və ətrafımdakı insanların prosesdə iştirakının tərəfdarıyam. Təəssüf ki, bu gün cəmiyyətimizdə peyvəndə qarşı inamsızlıq müşahidə olunur. Fikrimcə, bu, çox ciddi məsələdir. İstənilən halda Səhiyyə Nazirliyi bu məsələni diqqətdə saxlamalı, peyvəndləmə ilə bağlı mütəmadi maarifləndirmə işləri həyata keçirilməlidir".
Fərid İsmayılov:
"Əhali arasında qızılca ilə bağlı stereotiplər var. Buna görə də ilk növbədə maarifləndirmə işləri aparılmalıdır. Çünki bu, ciddi xəstəlikdir və ölüm riski var ki, bunun da son günlər şahidi olduq. Digər tərəfdən, peyvəndlərin keyfiyyət məsələsinə baxılmalıdır ki, bunlar hansı ölkədən alınır, ən çox hansı ölkələrdə istifadə olunur və s. Bundan başqa, ilkin olaraq sınaqlar olmalıdır. Məsələn, ilkin mərhələdə 100 nəfər üzərində aparılan təcrübə əsasında effektiv olub-olmamasını yoxlamaq lazımdır. Ən əsası isə peyvəndlənmə könüllü yox, məcburi olmalıdır".
Röyal Əliyev:
"Uşaqlar arasında yayılan bu xəstəliyi COVID-19-la əlaqələndirmək olar. Bəlkə də mövcud xəstəlik elə onun fəsadlarıdır. Hətta zamanla başqa proseslər də ortaya çıxa bilər. Rayonlarda uşaqlar üçün xəstəxanalar var idi. Bunlar qanunsuz olaraq ləğv edildi və istifadəyə verilmiş mərkəzi xəstəxanalara yönləndirildi. Nə üçün Avropa ölkələri milyonlarla COVID vaksinini məhv etdi? Kim bilir, böyüklərə vurulan bu iynələr necə kodlaşdırılıb? Bəlkə iynə vurulan böyüklərin nəfəsində yeni viruslar yayılmağa başlayıb? Ümumiyyətlə, dünya əhalisinin sayının azaldılması prosesi başlanandan sonra bu kimi bəlalar da artmaqda davam edəcək. Bu da bəlkə virus ilə yayılacaq, bəlkə sularımıza kimyəvi silahlar atılacaq, bəlkə də hansısa qidanın tərkibində təqdim ediləcək. Bəs buna kim cavab verəcək? Nə üçün qızılcadan ölən uşaqların ailələrində çəkilişlər aparılmır? Əgər uşaqpulu verilmirsə, uşaqların qayğısına qalıb onları qızılcadan qorumaq üçün hansısa addımın atılmasına əlbəttə ki, inam olmayacaq".
Gülçin Cəmil:
"Peyvənd olunmağı düşünürəm. Çünki mən indiyə qədər qızılcaya yoluxmamışam. Məncə, qızılcadan qorunmağın ən effektiv yollarından biri məhz peyvənd olunmaqdır. TƏBİB isə peyvəndin tam təhlükəsiz olduğunu bildirib. Ona görə də peyvənd olunacağam".
Leyla Abdullayeva:
"Əslində mən uşaqlara bütün peyvəndləri etdirmişəm. Amma bu peyvəndi etdirmək fikrində deyiləm".
Elim Zakir:
"Artıq bir mərhələ peyvənd olunmuşuq".
Raminə Eyvazqızı:
"Mən uşaq vaxtı qızılcaya yoluxmuşam, peyvənd də olunmuşam. Əgər peyvəndlənmə könullüdürsə, o zaman istənilən vaxt istənilən şəxs peyvənd vurdura bilər".
Sədiyar Tapdıqov:
"Əgər könüllüdürsə, peyvənd vurdurmayacam".
Yusif Ələkbərzadə:
"Peyvənd vurdurmaq fikrim yoxdur".
Sorğunu apardı:
Mərahim Nəsib,
KONKRET.az

Sağlamlıq       Tarix: 26 dekabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad


azerbaycan xeberleri son xeberler yeni xeberler sou biznes sonxeber.az havanın temperaturu maliyye xeberler bugun