Kilosu 70-80 qəpikdir, yüzdən çox faydası var

Kilosu 70-80 qəpikdir, yüzdən çox faydası varBalqabaq mövsümi artıq başlayıb. Havaların soyuması ilə birlikdə bazarlarda və süfrələrdə balqabaq bolluğu yaşanır. Bu tərəvəz həm çox dadlı, həm də faydalıdır. Qida dəyəri və müalicəvi xüsusiyyətləri ilə seçilən bu tərəvəz həm sağlamlıq, həm də gözəllik üçün əsl "möcüzə" sayılır. Mütəxəssislər payız aylarında balqabağın orqanizm üçün faydalarına xüsusi diqqət yetirilməsini tövsiyə edirlər.
Bəs nədir onun faydaları?
KONKRET.az Yeni Sabah-a istinadla araşdırmanı təqdim edir:
Balqabaq A, C, E, K və B qrup vitaminləri ilə zəngindir. Onun tərkibində dəmir, kalium, maqnezium, fosfor və sink kimi minerallar da var. Qida mütəxəssisləri bildirirlər ki, bu tərəvəz immun sistemini gücləndirir, görmə qabiliyyətini qoruyur və dərini qocalmadan saxlayır.
Balqabaq orqanizmdən zərərli maddələri təmizləyir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır. Onun tərkibindəki liflər həzm sisteminə müsbət təsir göstərir, mədə turşuluğunu azaldır. Kaliumla zəngin olması səbəbindən ürək-damar xəstəliklərinin qarşısının alınmasında da mühüm rol oynayır.
Balqabaq aşağı kalorilidir — 100 qramında cəmi 25-30 kalori var. Buna görə də arıqlamaq istəyənlərin menyusuna tez-tez daxil edilir. Onu buğda, bişmiş, püresi və ya şirə formasında qəbul etmək mümkündür.
Kosmetoloqlar balqabağın dərini nəmləndirdiyini və parlaqlıq verdiyini vurğulayırlar. Balqabaq maskaları quru və solğun dərilərə canlılıq qazandırır, sızanaqlarla mübarizədə də effektivdir.
Qeyd edək ki, həkimlərin sözlərinə görə, balqabağın faydaları çox olsa da, onu həddindən artıq miqdarda qəbul etmək düzgün deyil. Xüsusilə şəkərli diabeti və mədə problemi olan şəxslərin həkimlə məsləhətləşmədən istifadə etmələri tövsiyə olunur.

Sağlamlıq       Tarix: 02 noyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Havaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlə


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber.az bugun xeberler cəbhədən görüntüleri cəbhədən ən son xəbər