Qışda tez-tez içirik amma hər qurtumu zəhər saçır
Temperaturun enməsi ilə tənəffüs yolu infeksiyaları mövsümü başlayıb.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, İzmir Katip Çələbi Universiteti Atatürk Təhsil və Araşdırma Xəstəxanasının Yoluxucu Xəstəliklər şöbəsinin həkimi Prof. Dr. Alper Şener bu dövrdə çoxlarının istehlak etdiyi qış çayları barədə ciddi xəbərdarlıq edib.
Mütəxəssis bildirib ki, yanlış saxlanılan və keyfiyyətsiz qış çaylarında göbələk əmələ gələrək aflatoksin adlı zəhərli maddə yaradır. Bu toksin qaraciyər xərçənginə və uzun müddət istifadə olunduqda böyrək çatışmazlığına səbəb ola bilər.
"Qış çaylarını alarkən mütləq "aflatoksin üçün test edilmiş" etiketi olan məhsullara üstünlük verin. Açıq şəkildə satılan və uzun müddət saxlanılan çaylar sağlamlığa ciddi zərər verə bilər," – deyə Prof. Şener bildirib.
Soyuq havalarda artan qrip, RSV və koronavirus hallarına toxunan mütəxəssis, insanların bəzən səhvən antibiotik qəbul etdiyini, lakin bu dərmanların viruslara qarşı heç bir təsiri olmadığını vurğulayıb.
"Antibiotiklər viruslara təsir etmir. 65 yaşdan yuxarı şəxslər peyvəndlərini vaxtında vurdurmalı, xüsusən də 75 yaşdan yuxarı olanlar hər iki ildən bir RSV peyvəndi qəbul etməlidirlər."
"Qış çaylarını bir aydan çox saxlamaq olmaz"
Prof. Şener bildirib ki, qış çaylarının tərkibindəki bitkilər uzun müddət saxlandıqda mikroskopik göbələklərin çoxalması üçün əlverişli şərait yaradır:
"Bir aydan artıq istifadə edilən və ya uzun müddət açıqda qalan qış çayları zəhərli təsir göstərə bilər. Onları sınaqdan keçmiş, etibarlı mənbələrdən almaq vacibdir."
Qış çaylarının "əvəzolunmaz faydası" olmadığına diqqət çəkən həkim deyib:
"Ən təbii və təhlükəsiz seçim limonlu və isti sudur. Həm orqanizmi isidir, həm də toksinlərin bədəndən atılmasına kömək edir."
Mütəxəssis C vitamininin qrip infeksiyalarına qarşı təsiri elmi olaraq sübut edilmiş yeganə vitamin olduğunu qeyd edib:
"C və D vitaminləri həkim nəzarəti altında qəbul edilməlidir. Xüsusilə C vitamini orqanizmin müdafiə sistemini gücləndirir və infeksiyalara qarşı müqaviməti artırır."

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
İsraildən ŞOK HƏDƏ: "Tehranı azad edəcəyik"
Kreml nöqtəni qoydu: "Qara dənizdəki gəmilər məhv ediləcək"
Britaniya və ABŞ rusiyalıları döyüşə hazırlayır? — SENSASİYA