Bu siqnallar infarktdan xəbər verə bilər
İnfarktın qəfil baş verdiyi düşünülür, lakin elm adamları bildirirlər ki, ürək tutmasından bir neçə həftə və ya hətta bir ay əvvəl bədən xəbərdarlıq əlamətləri göstərə bilər. Xüsusilə qadınlarda bu ilkin simptomların fərqli və çox vaxt nəzərə çarpmayan şəkildə ortaya çıxması diaqnostika prosesini çətinləşdirir.
KONKRET.az milliaz-a istinadən yazır ki, mütəxəssislər infarktı yalnız sinə ağrısı ilə əlaqələndirməyin yalnış olduğunu vurğulayır. Qadınlarda daha çox yuxu pozğunluğu, həzm problemi və qeyri-adi yorğunluq kimi fərqli əlamətlər ön planda olur. Bu isə onların infarkt keçirdiyini gec başa düşməsinə və tibbi yardıma gec müraciət etməsinə səbəb ola bilər.
Circulation jurnalında dərc olunan genişmiqyaslı bir araşdırmada, infarkt keçirmiş qadınların böyük bir qismində (təxminən 39%) tutmadan bir ay əvvəl həzm pozğunluğu yaşandığı qeyd olunub. Bu əlamət hadisə anında görünməsə də, infarktın erkən xəbərçisi ola bilər.
Tədqiqatın nəticələrinə görə, qadınların infarktdan təxminən bir ay əvvəl yaşadığı əsas əlamətlər bunlardır:
Qeyri-adi yorğunluq – 71%
Yuxu problemləri – 48%
Nəfəs almaqda çətinlik – 42%
Həzm pozğunluğu və mədə narahatlığı – 39%
Aşırı narahatlıq və gərginlik hissi – 36%
İnfarkt anında isə bu simptomlar daha çox müşahidə olunur:
Nəfəs darlığı – 58%
Bədən zəifliyi – 55%
Qeyri-adi yorğunluq – 43%
Soyuq tərləmə – 39%
Başgicəllənmə və tarazlıq itkisi – 39%
Həkimlər vurğulayırlar ki, bu əlamətlərdən hər hansı biri yaşandıqda, xüsusilə də bir neçə əlamət bir yerdə müşahidə olunursa, vaxt itirmədən tibbi yardım axtarılmalıdır. İnfarktın erkən mərhələdə müəyyən edilməsi həyat qurtara bilər.

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
İsraildən ŞOK HƏDƏ: "Tehranı azad edəcəyik"
Kreml nöqtəni qoydu: "Qara dənizdəki gəmilər məhv ediləcək"
Britaniya və ABŞ rusiyalıları döyüşə hazırlayır? — SENSASİYA