Qızılın qiyməti gerilədi – bu bazar üçün nə deməkdir?
Qlobal iqtisadi və geosiyasi proseslərin təsiri ilə qızıl bazarında dalğalanmalar davam edir. Son günlərdə qızılın qiymətində müşahidə olunan dəyişikliklər fonunda fyuçers bazarında da azalma qeydə alınıb. Aprelin 15-nə olan məlumata əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,24% geriləyərək 4838,65 ABŞ dolları təşkil edib.
İqtisadçı Asif İbrahimov azxeber.com-a açıqlamasında deyib ki, belə azalmalar qlobal maliyyə bazarlarında baş verən qısamüddətli dalğalanmaların nəticəsidir:kimi qiymətləndirilə bilər.
"Əmtəə bazarlarında qızılın qiymətində müşahidə olunan 0,24%-lik azalma qlobal maliyyə bazarlarında baş verən qısamüddətli dalğalanmaların nəticəsi kimi qiymətləndirilə bilər. Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı ilin iyun fyuçersləri üzrə qiymətin 4838,65 ABŞ dollarına enməsi bazarda fundamental dönüşdən daha çox texniki düzəliş xarakteri daşıyır. Hazırkı qiymət azalması isə əsasən ABŞ dollarının möhkəmlənməsi, investorların mənfəət realizasiyası və qlobal risk gözləntilərində nisbi yumşalma ilə bağlıdır. Federal Reserve tərəfindən faiz siyasətinə dair sərt mövqenin qorunması qızıl kimi gəlir gətirməyən aktivlərə olan marağı qısamüddətli dövrdə zəiflədə bilər".
O qeyd edib ki, qızıl bazarı ənənəvi olaraq yüksək volatilliklə seçilir:
"Qızıl bazarı ənənəvi olaraq yüksək volatilliklə seçilir və belə kiçik faiz dəyişiklikləri bazarın təbii davranışının tərkib hissəsidir. Mövcud geosiyasi risklər, xüsusilə də Yaxın Şərqdə davam edən gərginliklər və qlobal inflyasiya təzyiqləri fonunda qızılın qiymətinin orta və uzunmüddətli perspektivdə dəstək tapmaq ehtimalı qalmaqdadır. Azərbaycana təsir baxımından isə bu dəyişikliklərin birbaşa makroiqtisadi təsiri məhduddur. Lakin dolayı olaraq daxili zərgərlik bazarında qiymətlərdə qismən yumşalma, həmçinin investorların yığım alətləri üzrə seçimlərində müəyyən dəyişikliklər müşahidə oluna bilər".
Şahanə Ziyad

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb