Qızına deyilən nalayiq söz qanlı sonluqla bitdi

Qızına deyilən nalayiq söz qanlı sonluqla bitdiKürəkənini öldürməkdə təqsirləndirilən Firdovsi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub. Hökmə əsasən, Firdovsi Hüseynov 8 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Firdovsi Hüseynovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Xatırladaq ki, hadisə 2026-cı il fevralın 17-dən 18-nə keçən gecə baş verib. Belə ki, Firdovsi Hüseynov qızının nişanlısı Rəşad Hüseynovun qızının ünvanına nalayiq sözlər dediyinə görə evdən bıçaq götürərək R.Hüseynovun yaşadığı evin həyətinə gedib.
Aralarında yaranan münaqişə zamanı F.Hüseynov bıçaqla R.Hüseynovun sinəsinə zərbə endirərək ona ağır bədən xəsarəti yetirib. Xəstəxanaya çatdırılan R.Hüseynov 40 gün sonra vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb. Firdovsi Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.
/oxu.az / azxeber.com

Sosial       Tarix: 28 sentyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi

Azərbaycan vətəndaşı Rusiyada qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd sakini Rahil Həsənov Moskva şəhərində qəfil dünyasını dəyişib. İlkin məlumata görə

Qızıl bahalaşdı

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. apa-ya istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtə

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arva

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. Hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağı

"Gənclərin ailə qurmağa marağı azalır

"Gənclərin ailə qurmağa marağı azalır". Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasını

Şəmkir-Gədəbəy yolunda qəza: Xəsarət alanlar var

Şəmkir-Gədəbəy avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə avtomobil yolunun Şəmkir rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində ik

Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı

Bakıda supermarketlərdən birindən oğurluq edilib. -a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində yerləşən marketlərdən birinə qeydə alınıb. İnternat tipli xüsusi ümumtəhsil məktəbinin 11-ci sinif şagird

İmişlidə qəzada ölən və xəsarət alan sərnişinlər ər-arvad imiş

İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, KIA markalı minik avtomobilini

7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələ


yeni xeberler son xeberler azerbaycan xeberleri hava durumu krimnal xeber xeberler xeberlər