Qlobal Bakı Forumu mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformaya çevrilib

Qlobal Bakı Forumu mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformaya çevrilibQlobal Bakı Forumları dünyanın bir çox ölkəsindən liderləri, biznes nümayəndələrini, mütəfəkkirləri və ekspertləri bir araya gətirən mühüm tədbirdir. Forum qlobal problemlərin geniş spektrinə toxunmaqla yanaşı, aparıcı mütəxəssislərə və liderlərə öz fikirlərini bölüşmək və müzakirə etmək imkanı verir.
Ölkəmizin belə mötəbər bir foruma ev sahibliyi etməsi, əlbəttə ki, çox mühüm hadisədir. Bu Azərbaycanın mədəni, iqtisadi, həm də siyasi baxımdan dünyada tanınması ilə yanaşı, onun etibarlı və təhlükəsiz ölkə kimi daha da nüfuz qazanması deməkdir.
Bu kimi tədbirlər ölkəmizin beynəlxalq münasibətlərdə oynadığı rola dinamika gətirir. Ölkə başçımız cənab İlham Əliyevin çoxşaxəli, praqmatik siyasəti, güclü siyasi iradəsi sayəsində Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınır. Beynəlxalq birlik ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir. Eyni zamanda, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Təbii ki, bu amil ölkəmizə beynəlxalq birliyin inam və etimadının göstəricisidir. Ölkəmizdə XII Qlobal Bakı Forumunun keçirilməsi də Azərbaycanın qlobal problemlərin müzakirə olunduğu mərkəz kimi statusunu gücləndirir.
Əlbəttə ki, bu da forumda aparılan müzakirələrin cəlbedici olduğunu, həmçinin hazırda bu platformaya ehtiyacın olduğunu nümayiş etdirir. Forumda iqtisadiyyat, enerji, davamlılıq, texnologiya, biznes, təhsil, səhiyyə, beynəlxalq əlaqələr və mədəniyyət mövzusunda müzakirə aparılıb. Şübhəsiz ki, təhlil olunan mövzular dünyada baş verən hadisələri və tendensiyaları əks etdirir və qlobal problemlərin həllinə töhfə vermək üçün mühüm ideyalar və strategiyalar təklif edir.
 Məlumdur ki, bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir. Cənab İlham Əliyevin dediyi kimi, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir.
XII Qlobal Bakı Forumu da dünya ictimaiyyətini düşündürən çox aktual mövzuya həsr olunub. "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusuna həsr olunmuş Forumda çıxış edən dünyanın nüfuzlu ictimai-siyasi xadimləri çıxış edərək problemlərdən çıxış yolları üçün öz  fikir və təkliflərini bölüşürlər. Azərbaycan Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində dərin məzmunlu çıxış edərək dünyada, o cümlədən regionumuzda baş verən proseslər haqqında fikirlərini ifadə edib. Dövlətimizin başçısının dediyi kimi, biz regionda sülhə yaxınıq. "Biz Cənubi Qafqazda sülh qurmalıyıq", - deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin  müəllifidir. Cənab Prezident bəyan edib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb. Bununla belə, dövlətimizin başçısı vurğulayıb ki, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq: "Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar".
Forumun əhəmiyyəti ondan ibarətdir ki, o, bütün dünyada qlobal problemlərin həlli yollarının müzakirəsi və təqdimatı üçün mühüm platformadır. Forum hər il beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən əsas məsələlərə toxunur və dünya liderləri ilə digər əsas aktorlar arasında əməkdaşlıq və dialoqa təşviq edir. Həmçinin  dünya, biznes liderlərinə və digər əsas aktorlara yeni əməkdaşlıqlar qurmaq, effektiv siyasət aparmaq və daha yaxşı gələcək üçün bir araya gəlməyə imkan verir. Ona görə də forumun böyük əhəmiyyəti var.
"Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusuna həsr olunan budəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlər iştirak edirlər.
Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı forumları xarici qonaqlar üçün Azərbaycanla dialoqu inkişaf etdirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından mühüm imkandır. Builki Forumun da mövzusu dünya gündəmində mühüm yer tutan mövzulara həsr olunub. Belə ki, XII Qlobal Bakı Forumunun panel iclaslarında və sessiyalarında qlobal aktual problemlərə, bu xüsusda çoxtərəfli diplomatiya və çoxqütblü dünya, BMT-nin gələcək üçün paktı, yeni dünya düzəninin formalaşdırılması, orta güclər və onların yeni dünya düzənində rolu, postmünaqişə dövründə bərpa-quruculuq işləri və bu kimi digər vacib mövzular müzakirə edilir.
Rizazadə İradə, "Vətəndaşların Sosial Rifahı Naminə" İB-nin sədri / azxeber.com

Siyasi       Tarix: 14 mart 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Lavrov: "Avropa İttifaqı Ermənistanı aldadacaq"

Rusiya xarici işlər naziri Sergey Lavrov Aİ hakimiyyətinin avrointeqrasiya məsələsində Ermənistanı aldadacağını bildirib. KONKRET.azxəbər verir ki, bu barədə Rusiyanın RT nəşri yazıb. Lavrov Ermənistanın Aİ-yə necə daxi

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib. KONKRET.azxəbə

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır". Bu sözləri dövlət başçısı sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı

Ermənistanın Korrupsiya ilə Mübarizə Məhkəməsi Ermənistanın müxalif "Güclü Ermənistan" partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddətini iki ay uzadıb. xarici KİV-ə istinadən xəbə

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqa

Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb

"Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür".  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xaric

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbərlər qurban bayrami 2026 son xeber.az hava