Qlobal bazarlar FED-in açıqlamaları ilə qarışıq kurs izləyir

Qlobal bazarlar FED-in açıqlamaları ilə qarışıq kurs izləyir</p> 
 <p>ABŞ Federal Ehtiyat Sisteminin rəsmiləri ehtiyatlı mövqelərini və açıqlanan məlumatlardan alınan siqnalları davam etdirdikləri üçün qlobal bazarlar qarışıq bir kurs izləyir.
KONKRET.azxəbər verir ki, ilin ikinci yarısı yaxınlaşdıqca, dünyada inflyasiya ilə bağlı narahatlıqlar əhəmiyyətli dərəcədə azalmış kimi görünür, mərkəzi bankların ilin ikinci yarısında atacağı addımlarla bağlı qiymətlər isə davam edir.
Buna görə Çərşənbə günkü inflyasiya məlumatlarından sonra yüzdə 74 olan qiymətlər FED səlahiyyətlilərinin dünənki açıqlamalarından sonra yüzdə 68-ə düşüb.
Dünən Nyu-York FED-in sədri Con Uilyams yavaşlamağa işarə edən inflyasiya məlumatlarını müsbət qarşıladığını, lakin bu müsbət xəbərin FED-in tezliklə faiz dərəcələrini azaltmağa başlaması üçün kifayət etmədiyini bildirib.
Riçmond FED prezidenti Tomas Barkin xidmət sektorunda yüksək qiymətləri əsas gətirərək inflyasiyanın 2 faizlik hədəfə endirilməsi üçün FED-in faiz dərəcələrini daha uzun müddət daha yüksək saxlamalı olduğunu bildirib. Barkin qeyd edib ki, tələb bir az da yavaşlamalıdır.
Klivlend FED sədri Loretta Mester FED-in faiz dərəcələrini cari səviyyədə saxlamasının hələ də yüksək inflyasiyanın 2 faizlik hədəfə enməsinə kömək edəcəyini bildirib.
Atlanta Fed sədri Rafael Bostik də FED-in səbirli və diqqətli olduğunu, ilin sonuna doğru faizlərin azaldılmasının məqsədəuyğun ola biləcəyini bildirib.
Dünən açıqlanan məlumatlara görə, ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı bitən həftədə 222 min nəfərə düşsə də, gözləntilərin üstündə olub.
Aprel ayında ölkədə tikilən yeni evlərin sayı 5,7 faiz artaraq 1 milyon 360 minə çatsa da, bazar gözləntilərinin altında qalıb, sənaye istehsalı isə aprel ayında əvvəlki ayla müqayisədə dəyişməyib.
ABŞ-də 10 illik istiqraz faizi dünən 2 bənd artaraq yüzdə 4,38 ikən, qızılın bir unsiya qiyməti yüzdə 0,4 azalaraq 2 min 377 dollar olub.
Brent markalı neftin barrel qiyməti yeni gündə yüzdə 0,1 artaraq 83,3 dollar olub.
1,1 faiz ucuzlaşan mis yeni gündə 0,5 faiz artaraq 4,94 dollar olub.
Dünən Nyu-York birjasında Nasdaq indeksi 0,26 faiz, Dow Jones indeksi 0,10 faiz, S&P 500 indeksi isə 0,21 faiz azalıb. ABŞ-da indeks fyuçers müqavilələri yeni günə qarışıq kursla başlayıb.
Avropa
Dünən İtaliya istisna olmaqla, Avropada satış yönümlü bir tendensiya gözə çarpıb. Bu gün avro məkanında inflyasiya məlumatları investorların diqqət mərkəzində olub.
Analitiklər Avrozonada İstehlak Qiymətləri İndeksinin (CPI) aylıq 0,6 faiz, illik bazda isə 2,4 faiz artacağının gözləndiyini açıqlayıb.
Avropa Mərkəzi Bankının (AMB) gələn ay faiz dərəcələrini aşağı salacağı dəqiq olsa da, pul bazarlarındakı qiymətlər bankın bu il ümumilikdə üç dəfə faiz endirimi edə biləcəyini göstərir.
Dünən Almaniyada DAX 40 indeksi yüzdə 0,69, İngiltərədə FTSE 100 indeksi yüzdə 0,08, Fransada CAC 40 indeksi yüzdə 0,63 artarkən, İtaliyada MIB 30 indeksi yüzdə 0,12 azalıb. Avropada indeks fyuçers müqavilələri yeni günə enişlə başlayıb.
Asiya
Həftənin son ticarət günündə Asiyada qarışıq bir tendensiya gözə çarpsa da, Çində açıqlanan məlumatlar ölkə iqtisadiyyatı ilə bağlı narahatlıqları qidalandırmaqda davam edib.
Ölkədə sənaye istehsalı illik bazda yüzdə 6,7 artaraq gözləntiləri aşsa da, pərakəndə satışlar yüzdə 2,3 artımla gözləntilərin altında olub.
Çində deflyasiya narahatlıqları güclənib, hökumətin atdığı addımlar satış təzyiqini məhdudlaşdırmağa kömək edib.
Buna uyğun olaraq, Çin hökumətinin hazırda çətin vəziyyətdə olan daşınmaz əmlak sektoru üçün yerli hökumətlərə münasib qiymətlərlə mənzil almağa icazə verəcəyi bildirilir. Digər tərəfdən hökumət vətəndaşlara tətbiq edilən ipoteka faizlərində qat tətbiqini ləğv etdiyini açıqlayıb.
Yaponiya Bankının (BoJ) iyun ayında faiz dərəcələrini artıracağı və bu il üç dəfə faiz artıra biləcəyi ilə bağlı şayiələr dollar/yen paritetinin yüksəlişini məhdudlaşdırıb və risk iştahını azaldıb.
Bağlanmaya yaxın Yaponiyada Nikkei 225 indeksi 0,5 faiz, Cənubi Koreyada Kospi indeksi 1 faiz, Çində Şanxay kompozit indeksi 0,2 faiz, Honq Konqda Hang Senq indeksi isə 0,4 faiz artıb.
KONKRET.az-ın ANALİTİK QRUPU

Sosial       Tarix: 17 may 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


son xeberler azerbaycan xeberleri yeni xeberler apa.az xeberler sou biznes cəbhədən canlı azerbaycanda son xeberler