Qlobal ərzaq bazarında böhran: Qiymətlər yüksəlir

Qlobal ərzaq bazarında böhran: Qiymətlər yüksəlirBu gün Azərbaycanda unun və çörəyin icazə verilən maksimum qiymətləri müəyyənləşib.
KONKRET.az-ın məlumatına görə, belə ki, 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 0,5 manat, 650 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 0,65 manat müəyyən edilib.
Qeyd edək ki, ərzaq buğdasının qiymətləri qlobal iqtisadi proseslər, COVID-19 pandemiyasının təsiri, 2021-ci il ərzində dünya bazarlarında ərzaq buğdasına artan tələbat, habelə buğda istehsalçısı ölkələr tərəfindən həyata keçirdiyi tədbirlər fonunda kəskin bahalaşıb.
Dünyanın müxtəlif ölkələrində ərzaq məhsullarının qiymətində kəskin artım müşahidə olunur. Məsələn, Almaniyada buğdanın qiyməti 2020-ci illə müqayisədə 2021-ci ildə 33%, Rumıniyada isə bu rəqəm daha yüksəkdir – 33,70%. Türkiyədə ərzaq məhsullarının qiymətləri 27,11% artıb.
Türkiyədə 2021-ci il üçün taxılın qiyməti bir ton üçün 2450 türk lirəsi (196 ABŞ dolları) müəyyən edilsə də, hazırda onun qiyməti 3720 türk lirəsi (297 dollar) təşkil edir. İspaniyada buğdanın qiyməti bir ton üçün 285 avrodan 420 avroya yüksəlib, Xorvatiyada isə 53% artım var. Yuxarıda göstərilən artım templəri hələ ki, ən yüksək deyil.
Yunanıstanda buğda qiymətləri qeyd olunan dövr ərzində 210%, Kanadada isə 51% artıb. Qırğızıstanda taxılın qiyməti 2020-ci illə müqayisədə 2021-ci ildə 39,3% artıb.
Aşağıdakı cədvəldə müxtəlif ölkələrdə ərzaq qiymətlərinin artım göstəricilərini təqdim edirik:
Ölkələr
2020-ci ilə nisbətən 2021-ci ildə ərzaq qiymətlərində artım
Buğda qiymətlərinin qalxması
Almaniya
N/A
33%
Ruminiya
N/A
33,70%
Türkiyə
27,11%
Türkiyədə 2021-ci il üçün taxılın qiyməti 2450 türk lirəsi (196 ABŞ dolları) müəyyən edilsə də, hazırda onun qiyməti bir ton üçün 3720 türk lirəsi (297 dollar) təşkil edir.
İspaniya
N/A
Bərk buğdanın qiyməti bir ton üçün 285 avrodan 420 avroya yüksəlib.
Xorvatiya
N/A
53%
Macarıstan
31%
Kanada
51%
Qırğızıstan
39,3% (taxıl)
Yunanıstan
N/A
210%
Bu siyahını uzatmaq olar. Dünyada müşahidə olunan tendensiyalar göstərir ki, 2022-ci il pandemiyadan sonrakı dövr kimi yadda qalacaq və tələbatın artması, taxıl, ərzaq və digər zəruri məhsulların istehsalının azalması fonunda qiymətlərin qalxması qaçınılmazdır. Trend

Sosial       Tarix: 07 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az 2026 xəbər az qarabag az xeber