Qoltsman: "Fransa Ermənistanı darda qoyub qaçacaq"

Qoltsman: Yola saldığımız il bir çox siyasi təlatümlərlə yadda qaldı. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, Xankəndidə Azərbaycan bayrağının dalğalanması və bu qədim torpağımızda hərbi paradın keçirilməsi 2023-cü ili ən yaddaqalan il etdi. Bununla da 2023-cü ildə qazanılan qələbələr Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayan, bizə qarşı düşmən mövqe tutan qüvvələrin siyasi kursu isə özünü doğrultmadı. Qərb ölkələrinin Azərbaycana diplomatik savaş açmaları fiaskoya uğradı.
2023-cü ildə 3 dəfə BMT Təhlükəsizlik Şurasının toplanmasına nail olan Fransa Azərbaycan əleyhinə heç bir sənəd qəbul etdirə bilmədi. Və onun ölkəmizə qarşı düşmənçilik mövqeyi hələ də davam edir. İndi fransızlar erməniləri silahlandırmaqla məşğuldurlar. Sentyabrdan bəri Ermənistana bir neçə silah partiyası göndərən Fransa Cənubi Qafqaza soxulmaq üçün bütün imkanlarını səfərbər edib. Ümumiyyətlə, Fransanın iperialist siyasəti bütün region dövlətlərində birmənalı qarşılanmır.
İsrailli jurnalist və publisist, İsrail Jurnalistlər Birliyinin beynəlxalq əlaqələr komissiyasının rəhbəri Rostislav Qoltsman bildirib ki, fransızların narazılığını anlayır: "Üstəlik, bu yaxınlarda İsrailə mühazirə oxumağa başlayan Parisin çağırışları Yaxın Şərqdə ciddi əks-səda doğurmur. Çünki ötən əsrin 80-ci illərində dağıdıcı rol oynayan Fransa regionda yalnız qorxaqlığı ilə yadda qalıb. İsrail qoşunlarının Livan xristianlarını qorumaq üçün cənuba doğru hərəkət etməsi əvəzinə, Beyruta və ətrafına fransız paraşütçüləri gətirildi. Lakin onlara qarşı həyata keçirilən bir neçə terror aktından sonra fransızlar biabırçılıqla Livandan qaçdılar. Əvəzində Suriya qoşunları Beyruta daxil oldu. Sonra yeni razılaşmaya əsasən, İsrail ordusunun birlikləri Livandan çıxarıldı. Nəticədə livanlı xristianlar öz ölkələrini tərk etmək məcburiyyətində qaldılar və bütün dünyaya yayıldılar. Budur, hətta müttəfiqlərinin də maraqlarını qoruya bilməyən Fransanın xarici siyasətinin parlaq nümunəsi".
Qoltsman vurğulayıb ki, Fransanın Cənubi Qafqazdakı davranışı da məhz dağıdıcılığına görə diqqəti çəkir: "Paris Cənubi Qafqazda 2020-ci ilin noyabrında üçtərəfli saziş əldə olunduqdan sonra fəallaşıb. Bu ilin payızında Qarabağın erməni əhalisinin əksəriyyəti sülh yolu ilə Ermənistana köçəndə, separatizm məhv ediləndə və atəşlər dayandırılanda Fransa erməni revanşizmini daha fəal şəkildə qızışdırmağa, öz təlimatçılarını bölgəyə göndərməyə başladı.
Erməniləri silahlandırırlar, nə üçün? Axı siz bəyan edirsiniz ki, sizin üçün əsas məsələ regionda sülhün bərqərar olmasıdır. Parisin regionda yeni müharibəyə başlamaq üçün açıq-aşkar cəhdləri var və region ölkələrinin özləri bunu istəmirlər. Şəxsən məndə belə bir hiss var ki, Fransanın keçmiş statusuna və BMT Təhlükəsizlik Şurasındakı üzvlüyünə baxmayaraq, onu daha ciddi qəbul etmək mümkün deyil".
Öz növbəsində, qırğızıstanlı politoloq, siyasi elmlər namizədi Umar Mütəliyev Parisin Mərkəzi Asiya ölkələrinə təsirini genişləndirmək niyyətini mənasız hesab edir.
"Makron bizim regionda daha çox uğur qazanan Aİ və ABŞ rəhbərliyinin tezislərini təkrarlayır. Sadəcə ona görə ki, Vaşinqton və Brüssel regiondakı geosiyasi vəziyyəti, onun problemlərini daha ardıcıl və düşünülmüş şəkildə öyrənir. Nə təklif edəcəyini və nəyi yaxşılaşdıracağını başa düşür.
Makron region ölkələrinin liderləri tərəfindən səs-küylü və boş vədlərindən başqa heç nə ilə yadda qalmayıb. Üstəlik, onun Cənubi Qafqazda necə davrandığını görən Mərkəzi Asiya ölkələri Fransanı təhlükəli, gözlənilməz və tamamilə məsuliyyətsiz qüvvə kimi qəbul edirlər".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 30 dekabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam az xeberler cəbhədən görüntüleri krimnal bugun cəbhədən son durum