Qonşusunun qulağını dişləyib qopardı, həbs edildi

Qonşusunun qulağını dişləyib qopardı, həbs edildiBakıda qonşusuna ağır xəsarət yetirmiş şəxsin məhkəməsi başa çatıb.
KONKRET.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Kürdəmir rayon Sor-Sor kənd sakini 1982-ci il təvəllüdlü Cavad Rüstəmova (soyadlar şərtidir) hökm oxunub.
Bildirilib ki, cinayət hadisəsi ötən il oktyabrın 6-sı Suraxanı rayon Bəhruz Kəngərli küçəsində yerləşən "Həsənoğlu market"in qarşısında baş verib.
Həmin vaxt marketin sahibi olan Nihadla qonşusu Cavad 18 manat borc pul və maşını obyektin qarşısında bərk sürməyə görə dalaşıblar. Dava zamanı Cavad Nihada dəmir parçası ilə zərbələr endirib həmçinin bir qulağını dişləyərək qoparıb. Hadisədən sonra Nihad qulağını xəstəxanaya apararaq tikdirmək istəsə də, tibbi müdaxilə müsbət nəticələnməyib. Belə ki, yerinə tikilən qulaq çürüyərək düşüb.
Məhkəmədə Nihad Əliyev qulağını qoparan qonşusuna ağır cəza tələb edib: "Cavad yüksək sürətlə idarə etdiyi avtomobili evimin qarşısında təhlükəli manevrlər edərək saxladı, təhqiredici sözlərlə özünə məxsus fermadakı işçisini çağırdı. Ona yaxınlaşıb məhlədə söyüş söyməyə görə irad bildirdim. Cavad içkili olduğu üçün mübahisə etməyə başladı və bir-birimizlə tutaşdıq. İtələşərkən mən yerə yıxıldım, Cavad sol qulağımı dişləyərək qopardı. Qonşular araya girərək bizi ayırdı, Cavad fermasının həyətinə girdi. Mən isə marketə girib salfetka ilə qulağımın qanını kəsdim. Sonra marketin çölündə olan dəmir parçasını götürüb Cavadın maşınının sol yan şüşəsinə vurdum. Cavad avtomobildən düşüb üstümə gələrkən yerdən "kubik" daşını götürüb mənə atdı. Yerə yıxıldığım üçün mənə zərbələr vurdu. Cavadın əlindən dəmir parçasını marketin satıcısı alıb yerə tulladı. O, avtomobili ilə uzaqlaşdı, ayağa qalxarkən qulağımın yerində olmadığını gördüm. Bu zaman yadımda qalmayan şəxs qulağımın yarısını tapıb gətirdi. Qulağımı yuyaraq qardaşıma zəng edib gəlməsini xahiş etdim".
Zərərçəkmiş şəxs bildirib ki, bundan sonra qardaşı ilə birgə xəstəxanaya gedib: "Məni təcili yardım maşını ilə M.Nağıyev adına xəstəxanaya apardılar və orada qulağımı tikdilər. Lakin həkim qulağın birləşmə imkanının 1% olduğunu bildirdi. Bir aydan sonra yenidən həkimə getdim, lakin qulağın birləşmədiyini və çürüdüyünü dedi. Daha sonra qulağımın qopmuş hissəsi yenidən düşdü. Təxminən bir il müalicə edildikdən sonra təkrar əməliyyat lazım olduğunu, yalnız bundan sonra estetik əməliyyat oluna biləcəyimi söylədilər. Bunun üçün isə təxminən 12 000 manat pul lazımdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçiyəm. Əməliyyatım və müalicəm üçün lazım olan xərclərin ödənilməsini tələb edirəm".
İbtidai istintaq və məhkəmə prosesi dövründə azadlıqda olan Cavad isə deyib ki, dəfələrlə qarşı tərəflə barışmağa cəhd edib, lakin Nihad onu bağışlamır.
Məhkəmə Cavad Rüstəmovu Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib. Noyabrın 12-si bitən prosesin yekununda ona 3 il 6 ay həbs cəzası verilib və məhkəmə zalındaca qandallanıb.

Hadisə       Tarix: 20 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Rusiyada miqrantlarına qarşı tələblər sərtləşdirildi: Yeni deportasiya qaydaları

Rusiya Dövlət Duması məhkumluğu olan əcnəbilərə Rusiya vətəndaşlığının verilməsini qadağan edən yeni qanun layihəsini təsdiqləyib. KONKRET.azxəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb. Yeni sənədə görə

Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb

Zərdabda 3 yaşlı uşaq ehtiyatsızlığın qurbanı olub. xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb. Belə ki, 2023-cü təvəllüdlü K. Ə. atası Yaqub Kərimlinin idarə etdiyi otbağlayan aqreqatın təkərinin altınd

Xırdalandakı yanğında xəsarət alan var? - Sakinlərin təxliyə GÖRÜNTÜLƏRİ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən -a verilə

Şərurda qadın meyiti tapıldı

Şərurda meyit tapılıb. xəbər verir ki, hadisə rayonun Oğlanqala kəndində qeydə alınıb. Kənd sakini, 1950-ci il təvəllüdlü Xədicə Qımış qızı Mahmudovanın meyiti yaşadığı evdə aşkar edilib. Faktla bağlı araşdırma aparılır

"Mitsubishi" yanacaqdoldurma məntəqəsinə çırpıldı - Yaralılar var

Salyanda yol-nəqliyyat hadisəsi baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomagistralının rayon mərkəzindən keçən hissəsində qeydə alınıb. Belə ki, "KamAZ"la toqquşan "Mitsubishi"

Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi

Azərbaycanın tanınmış müğənnisinə ağır itki üz verib. KONKRET.azxəbər verir ki, -ın əldə etdiyi məlumata görə, tanınmış müğənni Pərvin Lətifovun anası Almaz Lətifova bu gün qəfil dünyasını dəyişib. O özlərinə məxsus bağ sahəsind

Ağdərədə qəzada ər-arvad həyatını itirdi

Ağdərə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. apa-ya istinadən xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb. Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri – N. Əsgərov v

Qaradağ rayonunda oğurluq edən 3 nəfər saxlanıldı

Qaradağ rayonunda baş verən bir neçə oğurluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən açılıb. xəbər verir ki, rayon ərazisində yerləşən ticarət mərkəzlərindən birinin qarşısından 780 manat dəyərində müxtəlif oyuncaqları

Bakıda yanğın başladı

Bakıda açıq ərazidə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində açıq ərazidə yanğın baş verməs


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 canli en son xeber krminal bu gun xeberler az