Qordon Birrell: "ACE-nin istismara verilməsi təxminən iki il çəkəcək

Qordon Birrell: BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇQ) yatağının işlənməsi çərçivəsində özünün ən müasir "Azeri Central East" (ACE) neft obyektinin istismara verilməsinin təxminən iki il çəkəcəyini gözləyir və gələcəkdə yeni neft obyektlərinin əlavə edilməsini nəzərdən keçirə bilər.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bu barədə BP-nin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell "S&P Global"a məlumat verib.
Bakı Enerji Forumu çərçivəsində çıxış edən Q.Birrell bu ilin aprel ayında başladılmış olan 6 milyard ABŞ dolları dəyərindəki ACE layihəsinin uğurunu vurğulayıb. ACE platforması gündəlik 100 000 barelə qədər neft hasil etmək iqtidarındadır (ACE-nin 48 quyusunun hamısı istismara verdildikdən sonra - red.) və "Azəri Light" brendi altında istehsal olunan Azərbaycan neftinin əsas hissəsini təmin edən Azərbaycanın flaqman "Azeri Çıraq Günəşli" kompeksinə 10 ildən sonra əlavə ediləcək ilk layihədir.
Gələcək layihələrin investisiya təsdiqini ala bilib-bilməyəcəyi ilə bağlı suala cavabında Birrell bunu istisna etməyib, lakin diqqətin ACE üzərində olduğunu qeyd edib. BP-nin məlumatına görə, ACE-də bir hasilat quyusu artıq fəaliyyətə başlayıb, bu il daha iki hasilat quyusunun istismara veriləcəyi gözlənilir. Nəticədə platformadan hasilat 2024-cü ilin sonuna kimi sutkada 24 min barelə çatdırılacaq və bu, AÇG-nin hasilatındakı son azalmaları kompensasiya etməyə kömək edəcək. Qeyd edək ki, 2024-cü ilin birinci rübündə AÇG-də ümumi hasilat orta hesabla sutkada 339 min barel təşkil edib və bu, bir il əvvəlkindən 12 % azdır.
"Biz ACE layihəsini yenicə işə salmışıq, bu, çox uğurlu, yüksək avtomatlaşdırılmış, yüksək rəqəmsal, sahildən idarə edilən layihədir, bu, uzun müddətdir haqqında danışdığımız gələcəyin platformasıdır. Ona görə də bu platformanı doldurma qazma hesabına genişləndirmək planlarımız var və bunu növbəti bir neçə il ərzində edəcəyik. Daha sonra isə yataqdan hasilatı maksimum səviyyəyə çatdırmağa diqqət edəcəyik – bu, planımızdır və ola bilsin, yeni quyular, bəlkə də yeni obyektlər tələb edəcək. Lakin biz hasilatı maksimuma çatdırmağa yönəlmişik və bu, bizim işimizdir", - Q.Birrell deyib.
Yeni ACE platforması AÇG-də qazma işlərində diqqətin hasilatı maksimum dərəcədə artırmaq üçün qaz və suyun vurulması məqsədi ilə daha çox imkanlara malik Balaxanı kimi tanınan daha dayaz, daha az məhsuldar təbəqəyə doğru dəyişdiyini göstərir.
BP həmçinin 2023-cü ildə AÇG yataqlar blokunda dərin laylardan təbii qaz hasilatı imkanlarının sınaqdan keçirilməsinə yönəlmiş qazma işlərinin nəticələrini qiymətləndirir. Q.Birrell belə dərin layların işlənməsinin hasilatın pay bölgüsü üzrə yeni sazişə səbəb olub-olmayacağı və ya onun 2017-ci ildə yenilənmiş mövcud PSA-ya daxil edilib-edilməməsi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
"Azeri Light" yüngül, şirin, yüksək orta distillə tərkibli, təyyarə yanacağı və dizel yanacağının istehsalı üçün qiymətli xam neftdir. O, bir qayda olaraq, daha ağır Yaxın Şərq xam neftləri ilə qarşı yaxşı rəqabət aparır və Şimal dənizinin "Brent" markalı nefti ilə müqayisədə mükafatla ticarət edilir.
Daha əvvəl xəbər verildiyi kimi, hazırda AÇG-nin dərin laylarının qaz ehtiyatları 300 milyard kubmetr həcmində proqnozlaşdırılır.
BP şirkəti 2024-cü ilin ikinci yarısında dərin laylarında qaz hasilatı üçün ilk hasilat quyusunun qazılmasına başlamağı planlaşdırır.
"Azəri", "Çıraq" və "Günəşli" yatağının dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.
Bu müqavilənin müddəti 2024-cü ildə başa çatırdı. Amma 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər nəzərdə tutulmuş yeni müqavilə imzalanıb.
Yeni müqaviləyə əsasən, pay bölgüsü bu formadadır: Britaniyanın BP şirkəti (layihə operatoru) - 30,37 %, SOCAR – 25 %, Macarıstanın MOL şirkəti - 9,57 %, Yaponiyanın "Inpex Corp" şirkəti - 9,31 %, Norveçin "Equinor" şirkəti - 7,27 %, ABŞ-nin "ExxonMobil" şirkəti - 6,79 %, Türkiyənin TPAO şirkəti - 5,73 %, Yaponiyanın "ITOCHU Oil" şirkəti - 3,65 %, Hindistanın "ONGC Videsh" şirkəti - 2,31 %.

İqtisadiyyat       Tarix: 06 iyun 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla


azerbaycan xeberleri son xeberler yeni xeberler ensonxeberler en son xeberleri son xeber.az