Qriplə "zarafat etməyin!" - COVID soyuqdəymələrin quruluşunu da dəyişdi

Qriplə Havalar soyuduqca mövsümi xəstəliklər də çoxalır. İnsanlara daha çox əziyyət verən isə qrip viruslarıdır. Qripə yoluxma yuxarı tənəffüs yollarına təsir edir.
KONKRET.azxəbər verir ki, rusiyalı professor, tibb elmləri doktoru Valeri Svistuşkin bildirib ki, burun tutulması, boğaz ağrısı, öskürəklə müşahidə olunan mövsümi xəstəliklər bütün hallarda diqqətdə saxlanılmalıdır. Əlavə edib ki, yeni yayılan kəskin respirator infeksiyalar burun axınına, boğaz ağrısına səbəb olur: "Yeri gəlmişkən, koronavirus soyuqdəymələrin quruluşunu da dəyişib. Əgər əvvəllər qriplər mövsümi idisə, indi ilboyu baş verir".
Xəstəliklərin qarşısının alınmasına toxunan professor qeyd edib ki, mövsümi xəstəlikdən yayınmaq üçün bir daha siqaretin zərərlərini xatırlatmaq lazımdır: "Nikotin bütün qan damarlarına təsir etsə də, ilk növbədə burun, boğaz və qırtlaq zərər görür. Bu isə müxtəlif xəstəliklərə – kəskin iltihabdan onkoloji xəstəliyə qədər səbəb ola bilir. Sağlam həyat tərzinə əməl etməyən insanın xəstələnmə ehtimalı daha çoxdur.
Beləliklə, düzgün qidalanma, yuxu, müntəzəm məşq xəstəlikdən qaçmağın yoludur. Eyni zamanda, stressi də minimuma endirmək lazımdır. Soyuq havalarda ən çox burun axmasından əziyyət çəkən insanlar bilməlidir ki, qripin davam etməsi burunda poliplərin əmələ gəlməsinə səbəb olur.
Son vaxtlara qədər həm konservativ, həm də cərrahi müalicədən sonra bir çox xəstələrdə polipozun təkrarlanması 3, 6 və 12 ayda bir dəfə baş verirdi. 30 il əvvəl edilən əməliyyatlar burunun təbii anatomiyasını və fiziologiyasını dəyişdi. Nəticədə köklü burun əməliyyatı olan insanlar cəmiyyəti yaranıb. Onların düzgün nəfəsalma problemləri var və daimi diskomfort yaşayırlar".
Qripin törətdiyi digər fəsadlara toxunan professor qeyd edib ki, viruslar eşitmədə və iybilmədə də problemlər yaradır: "Pandemiya zamanı COVID-ə yoluxanların 40%-də qoxu hissi itib və yarısı sonradan sağalıb. Xüsusi cihazlar qoxu itkisinin səviyyəsini müəyyən etməyə kömək edir. Biz qoxu duyğusunun zədələnmə dərəcəsini müəyyən edərək, bir il ərzində araşdırma apardıq. Əldə edilmiş məlumatlara əsasən, nevroloqlarla birlikdə müxtəlif aromalardan istifadə edib, sinir sisteminin funksiyalarına təsir edən və yeni sinir əlaqələri formalaşdıran simulyator yaradıldı.
Eşitməni itirənlərə gəlincə, qulaq pərdəsi deşik olan xəstələrin 70%-də eşitmə siniri pozulur. Sinir hüceyrələri bərpa olunmadığından eşitmə qabiliyyətini əməliyyatla bərpa etmək mümkün deyil. Bütün hallarda sağlam həyat tərzi yaşamaqla qrip viruslarına qalib gəlmək və sadaladığım problemlərdən uzaq durmaq olar". 
Vəli Həsənov,
KONKRET.az

Sağlamlıq       Tarix: 14 noyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün son xəbər son xeberler az sosial yardim