Quba və Qusarda qaz təchizatında yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Quba və Qusarda qaz təchizatında yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMAÖtən gün axşam saatlarından hava şəraitinin kəskin soyuması səbəbindən Quba və Qusar rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatında yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır.
Bu barədə APA-ya Xaçmaz Regional Qaz İdarəsinin baş mühəndisi Gülyar Hüseynov məlumat verib.
Onun sözlərinə görə, soyuq hava şəraitində qaz xətlərində yaranan problemlərin aradan qaldırılması üçün Qəza-bərpa xidmətinin əməkdaşları problem olan ərazilərə cəlb olunub.
Baş mühəndis deyib ki, abonentlərin qazla təminatı istiqamətində işlər sürətlə davam etdirilir.
Qaz təchizatında yaranan fasilələr vətəndaşlar üçün əlavə problemlər yaradıb. Qusar rayon sakini Nadir Sevzixanov bildirib ki, onlar həmişə fasiləsiz qazla təmin olunublar. Ötən gündən başlayaraq yaranan fasilələr onlar üçün əlavə çətinliklər yaradıb:
"Dünən axşam saatlarından qaz azalıb və bu gün səhər saatlarından tamamilə kəsilib. Evdə azyaşlı xəstə uşaqlar var, çox çətinlik çəkirik. Bizdə yaxın yerdə meşə də yoxdur".
Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq Respublika ərazisində hava şəraitinin kəskin soyuması səbəbindən İmişli, Quba, Qusar, Lerik, Astara rayonları ərazisində bəzi kəndlərin qaz təchizatında fasilə yaranıb.
"Azəriqaz" İB-dən APA-ya verilən məlumata görə, qurumun Qəza-bərpa xidmətinin əməkdaşları bu rayonlara ezam olunub.
"Abonentlərin soyuq havada fasiləsiz qazla təmin olunmaları üçün Birlik bütün imkanlarını səfərbər edib. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, amma buna baxmayaraq qazı kəsilən 5000 abonentin probleminin həlli istiqamətində ciddi addımlar atılır", - deyə məlumatda bildirilib. / azxeber.com

Sosial       Tarix: 11 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər maşın realiti şou ən son xəbər son xeberler azerbaycan