Qubada evdən seyf oğurladılar

Qubada evdən seyf oğurladılarQubada oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Open.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən "isti izlərlə" keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraçay kəndi ərazisində yerləşən evlərin birindən içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlamaqla zərərçəkmişə küllü miqdarda maddi ziyan vuran iki şəxs saxlanılıb.
Araşdırmalarla onların həmin kənd sakinləri Əli Əliyev və Seyfəlmülk Eldarov olduqları müəyyən edilib.
Dindirilmə zamanı hər iki gənc törətdikləri oğurluq hadisəsini etiraf ediblər.
Məlum olub ki, Ə.Əliyev və S.Eldarov hadisənin baş verdiyi evə gecə saatlarında qanunsuz daxil olaraq oradan içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlayıblar. Daha sonra isə əldə etdikləri pulların bir qismi ilə özlərinə üç ədəd mobil telefon, aksesuarlar, elektron qəlyan və geyin əşyaları alan cinayətkarlar, pulların bir qismini isə rayon ərazisində yerləşən otel və iaşə obyektlərində xərcləyiblər. Oğurlanan qızıl-zinət əşyaları və pulların çox hissəsi, eləcə də oğurluq zamanı istifadə edilmiş bir ədəd balta polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Qeyd olunan hadisə ilə bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxslərin analoji hadisələrdə iştirak edib-etməmələri araşdırılır.

Hadisə       Tarix: 01 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Xocalıda icazəsiz at sürənlər cərimələndi

Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb. -a istinadla xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb. Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində atların otladığını görüblər

Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU

Bakıda qadına cinsi zorakılıq edib pulunu ələ keçirən şəxs saxlanılıb. -a istinadən xəbər verir ki, Yasamal rayon sakini G.H. polisə müraciət edərək Araz Ayaz oğlu Babayevin ona qarşı cinsi zorakılıq etdiyini, daha sonr

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Bakıda gənc idman zalında öldü

Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

Xaçmazda ağır qəza: ölən var

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb. xəbər verir ki, Rahim Rasim oğlu Nəsirovun idarə etdiyi "Şevrolet Kruz" markalı avtomobillə piyada Məhərrəm Şirnəli oğlu Baxışovu vurub. Nəticədə piyada hadisə yerind


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbərlər axsam az xeberler xəbər az idman xeberleri