Qubada silsilə oğurluqlar edən dəstə üzvləri saxlanıldı
Qubada silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb.
Bu barədə azxeber.com-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Quba Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayonun müxtəlif ərazilərindən silsilə oğurluqlar etməkdə şübhəli bilinən, əvvəllər eyni əmələ görə dəfələrlə məhkum olunan 4 nəfər şəxs saxlanılıb.
Onlar Quba rayon sakini Rəşad Quliyev, Beyləqan rayon sakinləri Nadir Nadirli, Bəxtiyar Nərimanov və Gəncə şəhər sakini Röyal Hüseynovdur.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq rayon ərazisində olan evlərə girərək oradan 1350 manat pul, 100 ABŞ dolları və ümumi dəyəri 1110 manatdan çox edən qızıl-zinət əşyaları oğurlayıblar.
Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Rəşad Quliyev, Nadir Nadirli və Bəxtiyar Nərimanovun barəsində həbs, Röyal Hüseynovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"