Qubadlılar tezliklə öz doğma yurdlarına qayıdacaqlar

Qubadlılar tezliklə öz doğma yurdlarına qayıdacaqlarAzərbaycanın Qərhrəmanlıq qalası Qubadlı 30 ilə yaxın idi ki, faşist xislətli, mənfur erməni daşnakları tərəfindən işğal olunmuşdu. Doğma yurd həsrəti ilə yaşayan qubadlılar inanırdılar ki, tezliklə haqq-ədalət zəfər çalacaq, erməni tapdağında olan ata-baba yurdları geri qaytarılacaqdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi Qubadlını da düşmən tapdağından azad etdi. 2020-ci ilin 25 oktyabr tarixində Azərbaycan əsgərinin dilindən televiziyada səslənən bu sözlər hər birimizin qəlbində böyük qürur hissi doğurdu: "Möhtərəm Prezi¬dent! Cənab Ali Baş Komandan! Sizin əmrinizə əsasən Qubadlı şəhəri işğal¬dan azad olunmuşdur. Hazırda Qubadlı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Koman¬dan! Yaşasın Qubadlı şəhəri! Qubadlı Azərbaycandır!" Qətiyyətli sərkərdə, böyük vətənsevər rəhbər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun şücaəti sayəsində müqəddəs üçrəngli, ay-ulduzlu bayrağımızın Qubadlı şəhərində ucaldılmasından iki il ötür.
Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Bunu işğalçı Ermənistan silahlı qruplaşmaları da bildiklərindən şəhərdə güclü istehkamlar qurmuşdular. Hətta yüksəkliklər də düşmənin nəzarətində idi. Bu mənada, Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Söz yox ki, Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Qubadlı azad olunandan sonra Laçın istiqamətində yol açıldı və bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndlər də azad edildi və beləliklə, Laçın dəhlizi nəzarətə götürüldü. Qubadlıdan sonra ordumuz zəfər yürüşünü, zəfər missiyasını şərəflə davam etdirərək  noyabrın 8-də Şuşada Azərbaycan bayrağını ucaltdı.  Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.
2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə" medalı təsis edildi.  Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan  Silahlı Qüvvələrinin 2000-ə yaxın hərbi qulluqçusu  Prezidentin müvafiq Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. 
Qubadlı rayonunun sakinləri ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq işğalın son günlərinə qədər düşmənlə qəhrəmancasına döyüşmüşdülər. Silaha sarılan qubadlılılara mərkəzdən heç bir kömək gəlməsə də, onlar doğma yurdlarını var qüvvələri ilə qorumuşdular. Lakin Cəbrayıl və Füzulinin işğalından sonra Qubadlı tamamilə təklənərək müdafiəsiz qalmışdı.
Torpaqlarımızın qorunması uğrunda mübarizədə 238 nəfər Qubadlı sakini qəhrəmancasına şəhid oldu. Yüz nəfərə qədər insan itkin düşdü və girov götürüldü. Yüzlərlə döyüşçü və mülki əhali yaralandı, əlil oldu. Əhalinin yurd-yuvası talandı, 94 kənd və Qubadlı şəhəri yerlə-yeksan edildi. Döyüşlərdə qəhrəmanlıq göstərən 11 nəfər qubadlılı sonralar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Qubadlı torpağında görkəmli elm və dövlət xadimləri, məşhur yazıçı və alimlər, adlı-sanlı əmək qəhrəmanları yetişmişdir. Böyük övliya Mir Sədi ağa, Azərbaycan qaçaqçılıq hərəkatının öncülləri Qaçaq Nəbi və Həcər, Azərbaycan ədəbiyyatında ilk epopeya müəllifi Süleyman Rəhimov, Ə. Vəliyev,  görkəmli ictimai xadim Kamran Hüseynov, SSRİ EA-nın ilk azərbaycanlı müxbir üzvü Ə.Əmiraslanov, Birinci Qarabağ savaşında imzasını təsdiqləmiş Milli Qəhrəman Əliyar Əliyev, İkinci Qara¬bağ savaşının əfsanəvi komandiri gene¬ral–mayor Mais Bərxudarov, şəhid Milli Qəhrəman, polkovnik Şükür Həmidov və başqaları bu yurdun tanınmış simalarıdır.
Hazırda Qubadlıda, ümumiyyətlə, erməni işğalından azad olunan Qarabağ və Şərqi Zəngəzurda bərpa-tikinti işlər aparılır. Qubadlı şəhərinin baş planının hazırlanması, İşğal və Zəfər muzeyləri kompleksinin, Zəngilan şəhərində ilk yaşayış binasının, məktəb binasının təməlinin qoyulması dövlətimizin işğaldan azad edilmiş torpaqlarda böyük və irimiqyaslı işlər həyata keçirdiyini göstərir.
Zəfər tariximizin me¬marı, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Qubadlı əvvəlkindən daha gözəl olacaq. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qubadlı rayonuna səfərlərinin hər biri qubadlıların Böyük Qayıdışını sürətləndirən addımlarla zəngindir. 
Vahid Əliyev
Qubadlı sakini, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin sədri / azxeber.com

Sosial       Tarix: 26 oktyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər.az maliyye xeberler bugun az xeber bugünkü son xəbərlər