Qukasyan sərsəmlədi: Ermənistan hakimiyyəti Azərbaycan-Türkiyə dairələrinin kampaniyasına qoşulub
Ermənistan hakimiyyəti "Hay Dat" (Erməni Məsələsi) sistemi və onun beynəlxalq nümayəndəliklərinə qarşı uzun illərdir aparılan kampaniyaya qoşulub. Bu prosesin əsasında bir sıra siyasi motivlər dayanır.
KONKRET.az xəbər verir ki, bu barədə "Hay Dat" Komitəsinin Mərkəzi Ofisinin xüsusi proqramlar üzrə məsul əməkdaşı Gevorq Qukasyan Alpha News-a müsahibəsində bildirib.
"Xüsusilə son illərdə biz məqsədyönlü Azərbaycan-Türkiyə təbliğatı ilə, hətta sadəcə təbliğatdan daha geniş bir fəaliyyətlə üz-üzəyik. İndi isə bu prosesə Ermənistan hakimiyyəti də qoşulub", – deyə Qukasyan bildirib.
O qeyd edib ki, hakimiyyətin bu prosesə qoşulması onların həmin dairələrə sadiqliyini nümayiş etdirmək məqsədi daşıya bilər.
"Bu o deməkdir ki, onlar ən azı düşmən dairələrə öz sədaqətlərini göstərmək istəyirlər", – deyə o əlavə edib.
Qukasyan Brüsseldə aparılan fəaliyyətləri misal çəkərək bildirib ki, onun sözlərinə görə, bu prosesdə Azərbaycanın Belçikadakı səfiri fəal rol oynayır. O, həmçinin ABŞ-da "Hay Dat" Komitəsinə qarşı məhkəmə iddiaları qaldırmaq cəhdlərindən danışıb və qeyd edib ki, ötən il belə bir neçə müraciət edilsə də, Amerika məhkəmələri onları qəbul etməyib.
"Yəni biz xüsusilə son illərdə məqsədyönlü Azərbaycan-Türkiyə təbliğatı ilə üzləşirik", – deyə "Hay Dat"ın Mərkəzi Ofisinin nümayəndəsi vurğulayıb.
Natiq Səlim,
KONKRET.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun