Qulaq deşdirməyin fəsadları

Qulaq deşdirməyin fəsadlarıUşaq yaşlarında qız uşaqlarının qulaqlarında sırğa taxmaq üçün iynə ilə deşik açılır. Yara sağalana kimi bəzən əvvəlcə ona sapdan sırğa taxılır, sonralar isə onu qızıl sırğa ilə əvəz edirlər. Hazırda gənclərin öz qulaqlarını deşməsi, yaxud salonlarda deşdirməsi, üstəlik qulağın qığırdaq və ortasından sırğalar asması dəb halını alıb. Qulağın səhv deşilməsinin fəsadlarından xəbərsiz olanlar isə bunu adi hal kimi qəbul edirlər. Mütəxəssislərin fikrincə, qulağın səhv deşilməsi ağır fəsadlara səbəb ola bilər. Ona görə də uşaqlarda qulaq deşdirmək üçün düzgün yaş dövrünü seçmək lazımdır.
Milli.Az bildirir ki, həkim-dermatoloq Solmaz Orucova AZƏRTAC-a deyib: "Qulaqdeşilmə prosesini uşaqlarda 9 ayından yaş yarımınadək olan dövrdə həyata keçirmək məsləhət görülür. Onu körpənin doqquz ayından tez etdikdə uşaq böyüdükcə qulağının forması dəyişir, qulaq dərisi aşağıya doğru sallanır və deşilmiş yer aşağıda qalır və bu, valideynləri narahat edir. Yaş yarımından sonra isə uşaqlarda psixoloji sarsıntı ola bilər və özlərini daha yaxşı dərk etdiklərinə görə bəzən proseduru aqressiv şəkildə qəbul edir, bəzən əlləri ilə sırğanı dartıb çıxarırlar".
Həkim bildirib ki, qığırdaq sümüyün daha yumşaq forması olduğuna görə həmin nahiyəyə hər hansı yad cisim daxil ediləndə bu zaman əks müqavimət göstərir və bununla da reaksiya başlayır. Ona görə də həmin nahiyəyə daha diqqətlə yanaşmaq lazımdır.
Həkim-dermatoloq deyib: "Körpələrdə adətən qulağın dəri hissəsi deşilir və həmin nahiyədən sinirlərə toxuna biləcəyinə görə valideynlərdə narahatlıq yaranır. Lakin sinirlər dəri səthi keçdiyinə görə narahatlıq üçün o qədər də əsas yoxdur. Nisbətən yaşlı xanımlar qığırdaq hissələrindən bunu etdirmək istəyirlər və həmin nahiyə daha təhlükəlidir. Bu zaman həm də yüksək səviyyədə sterilliyə riayət edilməlidir. Əks halda infeksiya nəticəsində ağırlaşma fəsadları yarana bilər. Sırğanı vaxtında dəyişmək də mühüm məsələdir. Eyni zamanda müxtəlif antibiotiklərdən vaxtlı-vaxtında istifadə edilməlidir".
Qulağı deşdirəndən sonra iki gün ərzində əli sulu şəkildə qulağa vurmaq və çimmək olmaz. Gündə iki dəfə təyinata görə yaraya antibiotik maz çəkilir və iki gün sonra həmin sırğa çıxarılaraq mütləq yerinə qızıl sırğa taxılır. Yeni yaraya qətiyyən sadə sırğa taxmaq olmaz.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 12 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi xabarlar sonxeber az son.xeberler