Qulbaat Rtsxiladze: "Ermənilərin davranışı Gürcüstanda reaksiya doğurur" - ŞƏRH

Qulbaat Rtsxiladze: "Ermənilərin davranışı Gürcüstanda reaksiya doğurur" - ŞƏRHQulbaat Rtsxiladze: "Ermənilərin davranışı Gürcüstanda reaksiya doğurur" - ŞƏRH
Bu yaxınlarda Rusiyanın "ermənipərəst" hesab olunan "Regnum" xəbər agentliyi Zahirəddin İbrahimi adlı müəllifin böyük materialını dərc edib. Mətndə Azərbaycan tarixi, Qarabağ nizamlanması və başqa bir çox mətləblərdən bəhs olunur. Təbii ki, Azərbaycan üçün burada hər şey neqativdir, amma bu, təəccüb doğurmur. Eyni zamanda, müəllif materialda Gürcüstana da toxunaraq, "Erməni Tiflisi" nəzəriyyəsini inkişaf etdirmək qərarına gəlib və hətta gürcü çarı Tamaraya (XII-XIII əsrlər) qədər gedib çıxıb.
Müəllifə görə, Tamaranın rəhbərliyi altında ermənilər artıq bu şəhərdə (Tbilisidə) böyük rol oynayıblar.
"XIII əsrin ikinci yarısında Marko Polo Tiflisdəki ermənilər haqqında məlumat verir. XIV əsrdə Ermənistanın türklər tərəfindən ələ keçirilməsi nəticəsində minlərlə erməni şimala - Tiflisdə və ətraf ərazilərdə böyük kütlə təşkil edərək, Gürcüstana köç etmək məcburiyyətində qalıb.
Bu dövrdə gürcülər arasında erməni əhalisinə aid qədim bir təbəqə yaranır...  İnanılmaz olsa da, eyni zamanda, Tiflisdə 1803-cü ildə mövcud olmuş 2700 evin 2500-dən çoxunun ermənilərə aid olduğu məlumdur. Belə olduqda, o zaman paytaxt tamamilə erməni mülkü olub", - deyə müəllif M.Vladıkinin "Qafqaza səyahət üzrə bələdçi və həmsöhbət" (Moskva, 1885) əsərinə istinad edərək yazır.
İndi isə gürcü əhalisinin sayı haqqında. "Regnum" materialda qeyd edir ki, XIX əsrin ortalarında "Statistik təsvirə daxil olan Tiflis sakinlərinin sayı 27000 nəfərə çatır: dövlət idarəsi altında ermənilər - 16890, gürcülər - 4185... kilsə kəndliləri: ermənilər - 1120, gürcülər - 530; torpaq sahibi kəndlilər: ermənilər - 1570, gürcülər - 750". Sənətkarlar arasında 1926 nəfərin əksəriyyəti - 1448-i erməni olub.
Gürcü politoloq, Avrasiya İnstitutunun rəhbəri Qulbaat Rtsxiladze Media.Az-a verdiyi şərhdə qeyd edir ki, "Regnum" ermənipərəst qaynaq kimi tanınır:
"Bu yazı daha çox zarafat və ya məsxərəyə bənzəyir. Bəli, ermənilər Tiflisdə (gürcü dilində Tfilis) yaşayırdılar, əsasən, tacir olublar. Tiflis, həqiqətən, tacirləri cəlb edib. Söhbət çar Tamaranın dövründən gedirsə, ərəblərlə farslar da var idi. Tiflis həmişə çox beynəlmiləl şəhər olub. Azərbaycanlılar da o zaman da, indi də yaşayırlar. Ancaq kimə neçə evin məxsus olduğunun kim tərəfindən sayılması başqa məsələdir".
Müsahibimizin sözlərinə görə, burjua münasibətləri inkişaf edən zaman ermənilər nəzərəçarpan rol oynayıblar və burda pis bir şey yoxdur:
"Heç kim nə onların, nə də digər xalqların hüquqlarını pozmağa çalışmayıb. Ancaq Tiflis həmişə erməni yox, gürcü şəhəri olub. Bəli, həm farslar, həm də ərəblər onu işğal ediblər. Ermənistanın isə öz dövlətçiliyi olmayıb.
Yeri gəlmişkən, XI əsrin sonu - XII əsrin birinci rübündə Gürcüstanı idarə edən çar IV Qurucu David erməniləri səlcuqlardan xilas edib. Bu tarixdir. Niyə indi gürcülərlə erməniləri toqquşdurmaq istəyirlər? Bu, təxribatdır.
Bütün bunlar, ilk növbədə, Ermənistanın maraqlarına uyğun deyil. Yerevan üçün Tbilisi ilə münasibətləri korlamaq, bu cür yalançı tarixi mövzular qaldırmaq heç də sərfəli deyil. Bu, Gürcüstan cəmiyyətində reaksiya, qıcıq yaradır.
Bir axmaq erməni siyasətçi və ya yalançı alim gülünc bir şey deyir... Və bu bizim KİV-də yayılır. Eyni zamanda, bunu da yadda saxlamaq lazımdır ki, Gürcüstanda heç bir fobiya yoxdur". /oxu.az

Siyasi       Tarix: 13 iyun 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbərlər kriminal xeber cəbhədən son xəbərlər cebheden xeber