Quranı yandıran danimarkalı siyasətçinin Britaniyaya girişi QADAĞAN EDİLDİ
Danimarkanın ifrat sağçı "Stram Kurs" partiyasının lideri Rasmus Paludan Böyük Britaniyada Quranı yandırmaq istədiyini bildirdikdən sonra bu ölkəyə girişi qadağan edilib.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, bu barədə Britaniya Daxili İşlər Nazirliyinin təhlükəsizlik üzrə müavini Tom Tugendhat bildirib.
Məlumata görə, Paludan bir müddət əvvəl sosial şəbəkələrdəki səhifələrində Britaniyanın Qərbi Yorkşir qraflığının Veykfild şəhərindəki meydanda Quranı yandırmaq istədiyini yazıb.
"Paludan nəzarət siyahısına salınıb. Buna görə də, onun Birləşmiş Krallığa girişinə icazə verilməyəcək", – nazir müavini deyib.
Qeyd edək ki, Rasmus Paludan ifrat sağçı "Stram Kurs" partiyasının lideridir. O, Danimarkada İslama qadağa qoyulmasına və krallıqdan sığınacaq almış insanların deportasiyasına çağırıb.
Xatırladaq ki, danimarkalı siyasətçi yanvarın 21-də İsveç hökumətindən bu təxribat üçün icazə alaraq Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırıb. Hadisədən sonra İsveçin Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir