Qusarda ağac kəsintisinə görə direktor işdən çıxarıldı
Qusar rayonunun dövlət sərhəd zonasında yerləşən Nəcəfkənd-Qələnxur ərazisində ağacların kəsilməsi faktı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində təqsirkar şəxslər müəyyən edilib.
ETSN-dən Open.az-a verilən məlumata görə, Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı onların Qusar rayonunun Nəcəfkənd kənd sakinləri Zahir Dügüşov, Nazim Buxsayev, Kamran Canağayev və Həzrə kənd sakini Ruslan Cəfərov olduğu məlum olub.
Onun sözlərinə görə, faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 2000 manat məbləğində cərimə olunub: "Eyni zamanda ağacların kəsilməsində təqsirkar olan digər şəxslərin müəyyən olunması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib".
Xidmət rəsmisi qeyd edib ki, ərazidə mühafizə işlərini zəif təşkil etdiyinə görə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüqar Sultanov isə tutduğu vəzifədən azad olunub.
Hazırda araşdırmalar davam etdirilir.
Xidmetler [newsid: 0-123300]

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı