Qutsul həbs edildi: Rusiya bu ölkəyə ordu yeridə bilər?

Qutsul həbs edildi: Rusiya bu ölkəyə ordu yeridə bilər?Qaqauziyada əvvəldən də problemlər var idi. Son dönəmlər rəsmi Moskvanın Qaqauziyada baş verən proseslərlə bağlı açıqlamaları da orada hansısa gərginliyin yaşandığı ilə bağlı təəssürat yaradırdı. Gərginliyin artacağı, Moldovanın bu cür addımlar atacağı gözlənilən idi. Eyni zamanda Rusiyanın Ukrayna cəbhəsindən sonra Moldova məsələsinə də müdaxilə edəcəyinə dair iddialar var idi.
KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a hərbi ekspert Səxavət Məmməd Qaqauziya lideri Yevgeniya Qutsulın 20 günlük həbs edilməsinin regiona təsirini şərh edərkən deyib.
O bildirib ki, Rusiya Qaqauziya məsələsini kökündən həll eləmək üçün Ukrayna ərazisindən Moldova sərhədinə çıxa biləcəyi bir xətt götürməyi planlaşdırırdı:
"Qaqauziya liderinin Moldovada həbs olunması Rusiya-Moldova münasibətlərinə ciddi təsir göstərəcək. İndiki mərhələdə Moldova Rusiyadan qopmağa, yaxud suverenlik məsələsini tamamilə həll eləməyə çalışır. Amma görünən odur ki, Rusiya oradan əlini çəkmək istəməyəcək, bu mövzuda dirəniş göstərəcək, bir qədər də məsələni qabardacaq. Rusiya faktoru çox önəmlidir. Düşünürəm ki, Rusiya Moldovada eynən Gürcüstan variantı kimi bir gediş edə, hansısa bir formada siyasi hakimiyyəti dəyişməklə bağlı addımlar ata, yaxud hansısa formada hərbi müdaxilə həyata keçirə bilər. Məlumdur ki, Rusiyanın orada böyük hərbi bazası var".
Politoloq proseslərin hələ yeni başladığına diqqət çəkib:
"Qaqauziya liderinin həbsi onu deməyə əsas verir ki, Moldova bir çox məsələləri göz önünə alıb, riskləri hesablayıb və bu addımı atıb. Amma bu risklərin hansı nəticələr doğuracağı, Moldovanın özünün təhlükəsizliyi üçün nə dərəcədə uğurlu olacağını demək asan deyil. Bilirik ki, 1-ci və 2-ci Dünya müharibəsi Şərqi Avropada başlayıb. Bu, ən çox diqqət yetirilməli olan məsələdir. Görünən odur ki, yenə Şərqi Avropada proseslər baş verir və ciddi hadisələrin yaşanılması gözləniləndir. Ümumiyyətlə, Şərqi Avropanın qaynaması 3-cü Dünya müharibəsi ilə bağlı ehtimalları gücləndirə bilər".

Siyasi       Tarix: 29 mart 2025
f Paylaş

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam az xeberler bugunun xeberleri sou biznes novruz bayramı