"Quzu ətinin qiyməti 50 manata qalxacaq"

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev açıqlamasında bildirib ki, heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki,  Azərbaycanda son iki ayda heyvanların kəsilməsi məsələsi ilə bağlı təbliğatlar gedir.
"Bəzi mənbələrdə quzuların kəsilməməsi və quzu ətinin pis olduğu barədə çağırışlar edilir. Bu barədə dövlət orqanlarından eşitdikdə, 1982-ci ili xatırladım. 1982-ci ildə SSRİ dövründə siyasi büro  – Moskva qərar qəbul etmişdi ki, toylarda heyvan kəsilməsin, ümumiyyətlə ət kəsilməsin. Əhali kolbasa ilə toylarda iştirak edirdi. Sovet İttifaqı ərzaq proqramı həyata keçirirdi. Effektiv kənd təsərrüfatı siyasəti aparmaq əvəzinə, istehlakçıların seçim hüququ məhdudlaşdırılırdı. Bir çox məsələlər istehlakçıdan asılıdır. Bazarda baş verən müsbət və mənfi nəticələr istehlakçının seçimlərinə əsaslanır. İstehlakçıların israfçılığının qarşısını almaq əsas məsələlərdən biridir. Mütəxəssislər bəzən hökumətin çağırışına cavab olaraq deyirlər ki, quzu əti pisdir.
Düşünürəm ki, dədə-babadan və tarixdən bizə miras qalan, milli adət-ənənələrə daxil olmuş quzu əti ən üstün ətdir düşüncəsindən uzaq olmaq, kənd təsərrüfatını inkişaf etdirmək siyasəti ilə uyğun gəlmir. Gözləyirdim ki, azad olmuş torpaqlarda hökumət böyük kənd təsərrüfatları yaradacaq. Daim proqnoz verirdim ki, yaxın 5 ildə Azərbaycan özünü ətlə tam təmin edəcək. Ancaq çağırışlar edilir ki, quzu əti yeməməli və hətta zərərli olduğu barədə məlumatlar yayılır. Hamımıza məlumdur ki, heyvanları böyütmək üçün mütləq onlara baytarlıq dərmanları vurulur. Ən uca dağ kəndlərində belə, mala və qoyuna heyvan dərmanları vurulmasa, onlar  qırılacaqlar".
Müsahibimiz qeyd etdi ki, quzu antibiotik və digər dərmanlar qəbul etməmiş bir canlıdır.
"Əlbəttə, quzunun "yazıqlığı", baxışı ayrıdır. Quzu, baytarlıq dərmanlarından kənarda qalmış daha yaxşı ətə malik yeməli heyvandır. Quzu yeməmək, qocalmış heyvan ətinin daha yaxşı olması təbliğ edilir. Hətta Qida Təhlükəsizliyi Agentliyinin idarə rəisi mənimlə mübahisə edərək bildirib ki, o, kənddə ən yaşlanmış xoruzu seçib, ətini yeyir. Belə çıxır ki, arabaya qoşulmuş öküz ətləri ən baha qiymətə olmalıdır. Hindistandan yaşlanmış heyvan əti Azərbaycana daha ucuz göndərilir. Vaxtilə öküzləri, yaşlanmış heyvanları ümumiyyətlə kəsməzdilər. Kənd təsərrüfatı siyasətinə bu cür primitiv yanaşma doğru deyil. İstehlakçının seçim hüququ var. İstehlakçı istəsə, pul verib alar, istəməsə almaz. Bazarda hər cür ət olmalıdır. Kim ki, qocalmış xoruz, toyuq, öküz əti yemək istəyir, buyurub, bazardan alıb yesinlər.
Kənd təsərrüfatı siyasətini bu cür formalaşdırmaq doğru deyil. İstehlakçıları israfçılıqdan uzaqlaşdırmaq siyasəti aparılmalıdır. Təəssüf ki, ölkədə istehlakçı siyasəti bərbad vəziyyətdədir. Azad İstehlakçılar Birliyi ilə dövlət səmərəli əməkdaşlıq qurmur.
Əgər belə bir siyasət aparılarsa, quzu kəsiminə və ya digər kəsimlərə qadağalar qoyularsa, quzular yenə kəsiləcək. Quzu ətinin qiyməti isə 50-100 manata qalxacaqdır. Bu, çox səhv bir yanaşmadır. Fərqli fəaliyyət göstərmək lazımdır. Kim istəyirsə, qocalmış ətləri yesin, buyurun yesinlər. Bu səhv siyasətdir. 1982-ci ilin sovet siyasətini xatırladır", – deyə E.Hüseynov bildirdi.

Sosial       Tarix: 21 mart 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


azerbaycan xeberleri son xeberler yeni xeberler bugunun xeberleri idman xeberleri son xeberler bugun 2026 canli ensonxeberler