Ramil Usubov Türkiyə-Azərbaycan münasibətlərindən danışdı
"Şuşa Bəyannaməsi regional, qlobal təhlükəsizliyin təminində birgə fəaliyyətin "yol xəritəsi"dir və daim yeni yanaşmalar tələb edir. Bu yöndə həyata keçirilən tədbirlər, müəyyənləşən hədəflər Azərbaycanla Türkiyənin daha da güclənən dövlətçilik qüdrətinə uyğun davamlı olaraq təkmilləşir".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Təhlükəsizlik Şurasının (TŞ) katibi, general-polkovnik Ramil Usubov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
Ramil Usubovun sözlərinə görə, Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlıq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin – yeni çağırışlara uyğunlaşdırılan təhlükəsizlik konsepsiyasının ana xətlərindən birini təşkil edir: "Yəni regional və qlobal təhlükəsizlik sistemində Azərbaycanın fəal iştirakını təmin edən konsepsiyasının icrasında rəsmi Ankara ilə birgə vahid mövqe, vahid fəaliyyət, vahid hədəflər müəyyənləşdirilir və prosesin icrasında effektiv nəticələr əldə olunur. Bu həm də Şuşa Bəyannaməsinin müddəalarından irəli gələn məsələdir".
O qeyd edib ki, Türkiyə indi Suriyadan Liviyayadək, Aralıq dənizindən okean körfəzlərinədək böyük coğrafi məkanda qlobal təhlükəsizliyin təmininə öz töhfələrini verir, hərbi-siyasi iştirakı ilə bu qaynar bölgələrdə sülhyaratma missiyası həyata keçirir: "Azərbaycan Respublikası da beynəlxalq təhlükəsizliyin əsas təhdidləri olan qlobal terrorizmə, transmilli cinayətkarlığa qarşı səmərəli mübarizə aparır, müxtəlif münaqişə bölgələrində hərbi kontingenti ilə sülhməramlı fəaliyyət göstərir. Yəni hər iki dövlətin qlobal təhlükəsizliyin təminində müstəsna xidmətləri vardır.
Sadəcə bir fakta nəzər salmaq istərdim. ABŞ Prezidenti Cozef Bayden son üç ayda ölkə rəhbərimizə ünvanladığı hər üç məktubunda Azərbaycanın qlobal, xüsusən də Avropa məkanında təhlükəsizliyin sabitləşməsində həlledici rolunu vurğulayıb. Bu cür fikirlər, rəylər beynəlxalq miqyasda ən üst səviyyələrdə davamlı olaraq bəyan edilir. Bunlar, şübhəsiz ki, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə və müdrikliklə həyata keçirdiyi təhlükəsizlik konsepsiyasının nəticələridir".
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?