"Ramiz Mehdiyev və Əli Həsənov düşünən beyinləri, yazan əlləri qırdılar" - Elçin Şıxlı

"Ramiz Mehdiyev və Əli Həsənov Azərbaycan mediasını məhv etdilər". 
Bu sözləri azxeber.com-a açıqlamasında Ramiz Mehdiyevin həbsi ilə bağlı danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri, əməkdar jurnalist Elçin Şıxlı deyib. 
O bildirib ki, Ramiz Mehdiyev və Əli Həsənov Azərbaycan mediasına çox böyük zərbələr vurublar: 
"Onlar Azərbaycan mediasını darmadağın etdilər, bu ölkədə media qoymadılar. Düşünən beyinləri, yazan əlləri qırdılar, dağıtdılar. Rauf Mirqədirovu "xalq düşməni" adlandıraraq həbs etdilər. O, 23 ay təkadamlıq kamerada qaldı. Məni 4 ay istintaq altında saxladılar. Lakin bu, qeyri-rəsmi istintaq olduğuna görə səsimi çıxarmadım. Qəzeti bağlamağa məcbur etdilər".
E.Şıxlı bildirib ki, Mehdiyev-Həsənov cütlüye qəzet sistemini tamamilə sıradan çıxarıblar:
"Qəzet sistemini məhvə apardılar. Hazırda ölkədə barmaqla sayılacaq qədər qəzet qalıb. Halbuki vaxtilə əsas informasiya daşıyıcısı qəzetlər idi. Yeni texnologiyalar meydana çıxsa da, dünyada qəzetlər hələ də yaşayır. Amma onlar Azərbaycanda qəzetlərin kökünü kəsdilər. Bundan böyük cinayət yoxdur. Hazırda isə söz deməyə adam tapılmır". 
Jurnalist vurğulayıb ki, onlar medianın əlindən "dördüncü hakimiyyət" statusunu aldılar:
"Dördüncü hakimiyyət olmağı medianın əlindən aldılar. İnformasiyanın nə olduğunu çox gözəl başa düşürdülər, buna görə də özlərinə sərf etməyən xəbərin yayımlanmaması üçün medianın əl-qolunu bağladılar, qanadlarını kəsdilər. Eyni zamanda, jurnalistləri yalan xəbər yazmağa məcbur etdilər.
Nəticə etibarilə isə aydın oldu ki, özləri dövlət çevrilişi hazırlayırmışlar. İstintaq prosesi davam edir və hər şey orada üzə çıxacaq".
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə dövlətə xəyanət, korrupsiya və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları ilə cinayət işi açılıb. 
Şahanə Ziyad

Siyasi       Tarix: 20 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 son xeber 2026 bugünki xəbərlər axsam.az xeberler