Rayımbek Matraimov Bakıdan Qırğızıstana ekstradisiya edilib
Beynəlxalq axtarışda olan Qırğızıstan Dövlət Gömrük Xidmətinin sabiq sədr müavini Rayımbek Matraimov martın 26-da Azərbaycanın paytaxtında tutularaq Bişkekə aparılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Kaktus.media-ya hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.
Rayımbek Matraimovun hökumət təyyarəsi ilə aparıldığı məlum olub. Onunla bərabər "Oşqaz" müəssisəsinin keçmiş direktor müavini Tilek Matraimov Qırğızıstana təhvil verilib.
Martın 23-də Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi məlumat yayıb ki, Bişkekdə Qırğızıstan rəhbərliyinə sui-qəsd planlaşdıran transmilli mütəşəkkil cinayətkar qruplaşmanın beş üzvü saxlanılıb. Komitədən əlavə ediblər ki, onların hamısı Azərbaycandan gəlib.
Bir qədər sonra komitənin mətbuat xidməti əlavə məlumat yayıb və axtarışda olan Rayımbek Matraimovun Bakıda olduğunu bildiriblər. Onun saxlanılması və daha sonra Qırğızıstana ekstradisiyası məsələsi Azərbaycanın hüquq-mühafizə orqanları ilə müzakirə edilib.
2024-cü il yanvarın sonunda Rayımbek Matraimov Dövlət Milli Təhlükəsizlik Komitəsi tərəfindən axtarışa verilib. Dövlət Gömrük Xidmətinin sabiq rəis müavininin harada olduğu məlum deyildi.
2021-ci ildə Dövlət Milli Təhlükəsizlik Komitəsi Matraimovu korrupsiyada ittiham edərək, 2016-cı ilin əvvəlində onun digər gömrük əməkdaşları ilə korrupsiya sxemi yaratdığını iddia edərək cinayət işi açıb. Məhkəmə onu təqsirli bilib və 260 min som cərimə kəsib.
Matraimov günahını etiraf edərək dövlətə 2 milyard som ödəyib. 2023-cü il noyabrın 2-də Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev Raiymbek Matraimov və Kamçı Kolbayevi "Qırğızıstanda mafiya yaratmaqda" ittiham edib.
Rayımbek Matraimov ötən ilin oktyabrında Bişkekdə xüsusi əməliyyat zamanı kriminal rəhbəri Kamçı Kolbayevin öldürülməsindən sonra Qırğızıstanı tərk edib.
Natiq Səlim,
KONKRET.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi