"Real Madrid" səfərdə məğlub oldu
Dekabrın 1-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna start verilib.
Publika.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma erkən başlayıb.
Turnirin favoriti sayılan "Real Madrid" klubu səfərdə Ukraynanın "Şaxtyor Donetsk" komandasının qonağı olub. "Olimpiskiy" stadionunda baş tutan görüş gözlənilmədən meydan sahiblərinin 2:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Donetsk təmsilçisinin heyətində Detinyo və Manor Solomon fərqləniblər.
Bu qələbədən sonra xal ehtiyatını 7-ə çatdıran "Şaxtyor" turnir cədvəlində ikinci yerə yüksəlib. "Real Madrid" eyni xala malikdir, lakin ukraynalılar ilə şəxsi oyunlarına görə qrup üçüncüsüdür.
Bu qrupun digər oyununda "Borussiya Mönhenqladbax" (Almaniya) öz meydanında "İnter" (İtaliya) komandasını qəbul edəcək.
Günün digər görüşündə Rusiyanın "Lokomotiv" klubu öz meydanında Avstriyanın "Zaltsbur" komandasını qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
A qrupunda "Zaltsbur" 4 xalla üçüncü, üç xalı olan "Lokomotiv" isə dördüncü yerdə qərarlaşıb.

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür