Rəcəb Tayyib Ərdoğan Qətərdə erməni quldurluğundan danışdı

Rəcəb Tayyib Ərdoğan Qətərdə erməni quldurluğundan danışdıRəcəb Tayyib Ərdoğan Qətərdə erməni quldurluğundan danışdı
Azərbaycan işğal altındakı ərazilərini azad etmək üçün hərəkətə keçib və indi Ermənistanın quldurluqla ələ keçirdiyi torpaqları bir-bir geri alır.
"Haber Global" məlumat verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Qətərdə ingilis dilində nəşr olunan "The Peninsula" qəzetinə müsahibəsində deyib.
"Ermənistanın soyqırım törətdiyi Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazilərinin bir hissəsinin işğalı təxminən 30 ildir davam edir. Beynəlxalq ictimaiyyətin illərdir bu soyqırıma və işğallara səssiz qalmasından ruhlanan Ermənistan mülki şəxslərə qarşı yeni hücumlarla təcavüzkar addımlarını davam etdirdi. Bundan sonra Azərbaycan işğal olunmuş ərazilərini qurtarmaq üçün hərəkətə keçdi və indi Ermənistanın quldurluqla tutduğu əraziləri geri alır", - deyə Ərdoğan qeyd edib.
O bildirib ki, Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da "bir millət, iki dövlət" şüarı ilə haqlı mübarizəsində Azərbaycan dövlətinin və xalqının yanındadır:
"Azərbaycanlı qardaşlarımızı bütün imkanlarımızla dəstəkləməyə davam edəcəyik. Bu regional problemi həll etmək üçün sözdə təşəbbüs göstərdiklərini iddia edən dövlətlər və beynəlxalq strukturlar, təəssüf ki, problemi bu günə qədər həlledilməz vəziyyətə saldılar. Bu dövlət və qurumların münasibəti Ermənistana qol-qanad verdi və onun yeni işğalçılıq fəaliyyətinə başlamasına səbəb oldu. Qarabağ məsələsi son 30 ildə Qafqazın ən vacib böhran mövzusudur.
İllərdir nəticəsiz qalan və Ermənistanın artan hücumları ilə dözülməz hala gələn bu problemi Azərbaycanın faktiki mübarizə yolu ilə həll etməyə çalışması həm tarix, həm hüquq, həm də coğrafiya həqiqətlərinin bir zərurətidir. Bu problemi kökündən həll etmək üçün BMT qətnamələrinin və beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi lazımdır.
Hər fürsətdə türk millətinə qarşı aqressiv və düşmən mövqe tutmaqdan çəkinməyən Ermənistan bölgədəki sülh, sabitlik və əmin-amanlığa ən böyük maneədir".
Türkiyə prezidenti bir daha beynəlxalq ictimaiyyəti illərdir tətbiq etdiyi ikili standartlardan imtina etməyə və Ermənistanın Azərbaycan ərazisindəki işğalına son qoymaq üçün addımlar atmağa çağırıb. /oxu.az

Siyasi       Tarix: 08 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 krimnal bugun şou biznes xəbərləri xabar az