Rəcəbov yarımfinalda məğlub oldu
"Champions Chess Tour" çərçivəsində keçirilən "Opera Euro Rapid" turnirində yarımfinal mərhələsinə start verilib.
Publika.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Teymur Rəcəbov da bu gün ilk oyununu keçirib.
Qrossmeysterimiz ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb.
Mərhələ Rəcəbov üçün uğursuz başlayıb.
Belə ki, dörd partiyadan ibarət qarşılaşmanın ilk raundunda qara fiqurlarla uduzan Rəcəbov növbəti oyunda ağ fiqurlarla tarazlığı bərpa edib.
Üçüncü partiya da həmyerlimizin məğlubiyyəti ilə başa çatıb. Sonuncu oyun isə heç-heçə başa çatdığından, Rəcəbov ümumi hesabda uduzub - 1,5:2,5.
Digər yarımfinal qarşılaşmasında isə norveçli dünya çempionu Maqnus Karlsen fransalı Maksim Vaşe-Laqravı 2,5:0,5 hesabı ilə məğlub edərək üstünlük qazanıb.
Cütlüklər sabah cavab qarşılaşmalarına çıxacaqlar.
Turlar.az [newsid: 0-123300]

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu