Region turizminin ən böyük problemi nədir? - VİDEO

Region turizminin ən böyük problemi nədir? - VİDEORegion turizminin ən böyük problemi nədir? - VİDEO
Fəslindən, zamanından aslı olmayaraq heç birimiz istirahətə, tətilə yox demərik. Bizə mane olan səbəblərsə ya qiymətlər, ya xidmət səviyyəsi olur. Bəs Azərbaycanda kənd təsərrüfatı turizmi hansı səviyyədədir?
Turistləri ölkəyə cəlb etməklə iş bitmir. Gələn turistləri ölkəyə yenidən qaytarmaq üçün çalışmaq lazımdır. Bəs buna nə dərəcədə nail ola bilirik? "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova Baku Tv-yə müsahibəsində bu barədə danışıb:
"Azərbaycanın regionlarındakı restoranlarda təklif olunan yemək bahadır. Bəzən müştərilərə elə qiymətlər deyirlər ki, o məbləğə paytaxtda yaxşı bir məkanda qidalanmaq olar. Ölkədə qısamüddətli deyil, uzunmüddətli turizm yaratmaq lazımdır. Biz hər zaman bizimlə çalışanlara düzgün qiymət təyin etməyi məsləhət görürük. Əgər qiymətləri düzgün hesablamasalar, rəqiblərinin qiymətlərini, Bakı, Sumqayıt kimi böyük şəhərlərdəki qiymətlərlə tənzimləməsələr, kənd təsərrüfatı turizmi turistlər üçün az maraqlı olacaq".
Ölkəyə daha çox turist cələb etmək, eyni zamanda onların məmnun geri qayıtmasında əsas yük turizm şirkətlərinin üzərinə düşür. Ancaq bəzi hallarda turizm şirkətləri digəri şirkəti üstələmək üçün qeyri-sağlam rəqabət aparmağa çalışır.
Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyir:
"Bəzi hallarda bir turizm şirkəti digərini üstələmək üçün qarşı tərəfi aşağı salmağa çalışır. Bu, yolverilməzdir və bu gedişlə inkişaf əldə etmək olmaz. Bazarda rəqabətə davamlı turizm şirkətləri yaranması üçün bir birimizə dəstək olmalıyıq. Agentlik turizm məhsulları yaratmaqda bəzi hallarda çətinliklərlə üzləşir".
Ölkəyə gələn turistlərə hər bölgənin özünəməxsus ənənələrindən, təamlarından ibarət festivallar təşkil etmək olar. Bu yolla gələn turistlərə həm münasib qiymətə restoranlarda milli yeməklər təklif olunar, həm də turistlər ənənərimizlə, tariximizlə tanış olar.
Ekspert Rəhman Quliyev məsələyə belə yanaşır:
"Bölgələrdə bu tip festivalların sayı artarsa, o zaman buradan həm də sahibkarlar qazanar. Çünki festivalda nümayiş etdirmək üçün gətirdiyi məhsul turistə sataraq həm də pul qazanmış olacaq. Bununla da ölkəyə həm turist gələcək, həm də regionlarda insanların sosial rifahına müsbət təsir edəcək.
Azərbaycanda Nar, Sitrus, Xurma festivalları artıq bir neçə ildir keçirilir. Belə mədəni tədbirlərin sayı nə qədər çox olsa, aqroturizmin inkişafına xidmət etmiş olar.

/oxu.az

Turizm       Tarix: 18 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag bugunun xeberleri son xeberler bugun 2026 canli ən son xəbərlər bugün