Regionlarda gənclər Xocalı soyqırımı qurbanlarının xatirəsini andılar - FOTO

Regionlarda gənclər Xocalı soyqırımı qurbanlarının xatirəsini andılar - FOTORegionlarda gənclər Xocalı soyqırımı qurbanlarının xatirəsini andılar - FOTO
Xocalı soyqırımının 29-cu ildönümündə Azərbaycan gəncləri həm hüzn, həm də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindəki qalibiyyətdən doğan fəxarət hissi ilə Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini yad ediblər. 
Gənclərin İnkişaf və Karyera Mərkəzinin regionlarda fəaliyyət göstərən 34 nümayəndəliyi müxtəlif fəaliyyətlərlə anım tədbirləri həyata keçirib.
Tədbirlər gənclərin rayon ərazisindəki Xocalı abidəsini və Şəhidlər Xiyabanını ziyarət etməsi ilə başlayıb. Gənclər Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarları üzərinə gül qoyaraq onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra anım mərasimi gənclər arasında Xocalı  həqiqətlərini əks etdirən foto və rəsm müsabiqəsi, sərgilər, film nümayişi, Xocalı soyqırımı haqqında məlumatlandırıcı videoçarxın təqdimatı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış "Xocalıya Ədalət" beynəlxalq maarifləndirmə kampaniyasının təqdimatı, Xocalı qurbanlarına həsr edilmiş və soyqırımın ağrısını özündə əks etdirən müxtəlif səhnələşdirilmiş "flashmob"lar, videokonfranslar, kiçik səhnəciklərin təşkil olunması ilə davam etdirilib. Tədbirlər bəzi regionlarda Xocalı abidəsi qarşısında Xocalı qurbanlarının xatirəsinə havaya dilək şarlarının uçurulması ilə sona çatıb. 
Tədbirlərdə erməni canilərinin əsrlər boyu Azərbaycana qarşı apardığı işğalçı, etnik təmizləmə siyasəti və xalqımıza qarşı həyata keçirdikləri vəhşiliklər barədə geniş məlumat verilib, Xocalı faciəsinin Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğu vurğulanıb, 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən törədilən Xocalı soyqırımının miqyasına və amansızlığına görə əsrin ən dəhşətli soyqırımlarından biri olduğu qeyd edilib. 
Müzakirələr zamanı erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələri barədə danışılıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi və əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalmasının bütün səssiz qalan dünya ictimaiyyəti üçün utancverici olduğu bildirilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qalib gələn Milli Ordumuzun Xocalı qurbanlarının və bütün şəhidlərimizin qisasını hərb meydanında aldığını bildirən gənclər Xocalı soyqırımını törədənlərin də tezliklə hüquqi məsuliyyətə cəlb olunacağına əminliklərini vurğulayıblar.
Gənclər, həmçinin "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində məlumatlandırma işinə verə biləcəkləri töhfə barədə müzakirələr aparıb, Xocalı qurbanlarının xatirəsini daim qəlblərində yaşatmağı bir mənəvi borc bildiklərini, Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağı özlərinin müqəddəs vəzifələri kimi qəbul etdiklərini vurğulayıblar.
Regionlarda gənclər Xocalı soyqırımı qurbanlarının xatirəsini andılar - FOTORegionlarda gənclər Xocalı soyqırımı qurbanlarının xatirəsini andılar - FOTORegionlarda gənclər Xocalı soyqırımı qurbanlarının xatirəsini andılar - FOTORegionlarda gənclər Xocalı soyqırımı qurbanlarının xatirəsini andılar - FOTORegionlarda gənclər Xocalı soyqırımı qurbanlarının xatirəsini andılar - FOTORegionlarda gənclər Xocalı soyqırımı qurbanlarının xatirəsini andılar - FOTORegionlarda gənclər Xocalı soyqırımı qurbanlarının xatirəsini andılar - FOTORegionlarda gənclər Xocalı soyqırımı qurbanlarının xatirəsini andılar - FOTORegionlarda gənclər Xocalı soyqırımı qurbanlarının xatirəsini andılar - FOTORegionlarda gənclər Xocalı soyqırımı qurbanlarının xatirəsini andılar - FOTORegionlarda gənclər Xocalı soyqırımı qurbanlarının xatirəsini andılar - FOTORegionlarda gənclər Xocalı soyqırımı qurbanlarının xatirəsini andılar - FOTO

Sosial       Tarix: 26 fevral 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal futbol xeberleri hava proqnozu sonxeber az